Bütün xəbərlər
15 yanvar, 16:19

Uşaqların meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması baxımından məktəbdənkənar təhsilə olan marağın da artırılması vacibdir. “Azərbaycan müəllimi” Şirvan-Salyan Regional Təhsil İdarəsinin (ŞSRTİ) tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrinin dərnəklərinə şagirdlərin marağını araşdırıb.

ŞSRTİ-dən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 2-si Salyan, 2-si Hacıqabul, 1-i Biləsuvar, 1-i Neftçala rayonunda, 1-i isə Şirvan şəhərində yerləşir.

Belə müəssisələrdən biri də 2017-ci ildən fəaliyyət göstərən Şirvan şəhərindəki Uşaq-Gənclər İnkişaf Mərkəzidir.

Mərkəzin direktoru Xanım Ağayevanın sözlərinə görə, mərkəzin 47 qrupunda 641 şagird məktəbdənkənar təhsilə cəlb edilib. UGİM-in Uşaq yaradıcılıq şöbəsində 13, Ekoloji tərbiyə və təcrübəçilik şöbəsində 12, Estetik tərbiyə şöbəsində 10, Texniki yaradıcılıq şöbəsində 12 qrup var. Mərkəzə gələn şagirdlər, əsasən, öyrədici və yaradıcılıq istiqamətlərinə maraq göstərirlər.

Xanım Ağayeva mərkəzin uğurlarını da sadalayıb:

“Mərkəzimizin uğurları çoxdur. Belə ki, paytaxtda keçirilən “Təmiz məhsul və aqrobiomüxtəliflik” VI respublika müsabiqəsinin zona və final mərhələsində şagirdlərimiz - Minurə Şükürova və İsmayıl Mahmudov qalib olublar. Mehriban Əhmədova həm respublika onlayn şeir müsabiqəsində, həm də “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi” münasibətilə keçirilmiş şeir müsabiqəsində II yerə layiq görülüb. Ayla Mahmudova “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsində və “Nizami Gəncəvi əsərləri: Gənc rəssamların gözü ilə” onlayn rəsm müsabiqəsində I yeri qazanıb.

Eyni zamanda mərkəzimiz Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının gümüş medalçısı olub. Bununla yanaşı, mərkəzimizin şagirdləri bir çox müsabiqə, festival və tədbirlərdə diplom və medallar qazanıblar”.

Burada işləyən dərnək rəhbərləri ilə də həmsöhbət olduq. Dərnək rəhbəri Sona Mahmudovanın sözlərinə görə, dərnəklərin təşkili üçün valideynlərlə sıx əlaqə qurulur: “2003-cü ilin sentyabrından mərkəzdə dərnək rəhbəri kimi çalışıram. Hazırda “Aplikasiya” və “Dekorativ rəsm” dərnəklərində fəaliyyət göstərirəm. Hər qrupda 13 şagird olmaqla, ümumilikdə 26 üzvümüz var. Əsas məqsədim istedadlı uşaqları üzə çıxarmaq və onların marağını artırmaqdır. Dərnək haqqında əvvəlcədən geniş məlumat verir, əvvəlki illərin uğurlarını paylaşır, valideynlərlə əlaqə saxlayıram. Bu, üçtərəfli münasibət yaratmağa kömək edir.
Uşaqlar rənglər, formalar və xətlər dünyasını kəşf edir, emosiyalarını ifadə edirlər. Dərnək üzvləri üçün mədəni-kütləvi tədbirlər, yaradıcılıq müsabiqələri, sərgi və ekskursiyalar təşkil edirəm. Uşaqlarla işləmək mənim üçün böyük zövqdür”.

Dərnək rəhbəri Xəyalə Əmirova isə belə deyir: “2004-cü ilin avqust ayından bu mərkəzdə çalışıram. “Ailə və ətraf mühit” adlı dərnək məşğələlərimdə iki qrup fəaliyyət göstərir. Hər qrupda 15 üzv var. Şagirdlərimin fəallığı, ekoloji maarifləndirmə işləri diqqətəlayiqdir. Dərnəklər məktəblilərin asudə vaxtını səmərəli təşkil edir və onların istedadının inkişafında mühüm rol oynayır”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.