
"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb:
"Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yük yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".
Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısına görə ötən gün vəzifəsindən azad edilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər