Bütün xəbərlər
17 yanvar, 15:57

İsmayıllı rayonu Quşencə kənd tam orta məktəbinin IX sinif şagirdi Nicat Mehdiyevin təbiət qoynunda rəsm çəkməsi ilə bağlı paylaşımı sosial şəbəkədə marağa səbəb olub. 

“Azərbaycan müəllimi” həmin yeniyetməni oxucularına tanıtmaq üçün həm onun özü, həm də müəllimləri ilə söhbətləşib.

Müəllimlərinin sözünə görə, olduqca məsuliyyətli və yaradıcı şagird olan Nicat rəsmlərini, adətən, dağların qoynunda, təbiətin ən gözəl havasında çəkir. O, özünü dərk edən gündən təbiətə bağlanıb, rəngləri sevir, sehrli fırçası ilə təbiəti, gördüyü ecazkar mənzərəni kağız üzərinə köçürür.  Bu məktəbli rəssamlıqla yanaşı, heykəltəraşlıqla da məşğul olmağa həvəs göstərir. 

- Nicat, təbiətdə rəsm çəkmə videon sosial şəbəkədə sürətlə yayıldı və böyük maraqla izlənildi. Bu çəkiliş kimin təşəbbüsü idi?
- Mən İsmayıllı rayon Zoğallıq kəndində yaşayıram, videonu da bu kənddə çəkmişik. Videonun çəkilməsi mənim öz təşəbbüsüm idi. Yaz aylarında təbiətin oyanışının, payızın xəzan vaxtının öz gözəlliyi var. Qış fəsli olmasına baxmayaraq, dağlarımızı  canlandırmaq istəmişdim. Ona görə də rəsmi təbiət qoynunda çəkirdim. Bu videonu paylaşdıqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov məni qəbul edərək təbrik etdi və rəsm çəkmək üçün vəsaitlər bağışladı.

- Təsviri sənəti kimdən öyrənmisən? Ailəndə incəsənətlə məşğul olanlar var?
- Kiçik yaşlarımdan rəsmlər çəkirəm. Rəsm çəkmək və heykəltaraşlıqla məşğul olmağım üçün vəsaitləri atam alırdı. Rəssamlığa olan marağım məni rəsm dərnəyinə əlavə hazırlığa apardı. Son iki ayda əmimin köməyi ilə İsmayıllı şəhərinə rəssam yanına hazırlığa gedirəm və bu sənətin dərinliklərini öyrənməyə başlamışam. 

- Məktəbinizdə rəsm dərsi necə keçirilir?  Rəsm dərslikləri bacarıqlarının inkişafına imkan verir?
- Məktəbdə rəsm dərsləri çox gözəl keçir. Əlbəttə ki, rəsm müəllimim Akif Novruzovdan öyrəndiklərim çoxdur, mənə mümkün qədər dəstək olur. Dərsliklərdən də bir çox nəzəri biliklər əldə edirəm. Amma rəssam olmaq üçün rəssam yanına getməli olduğumu düşünürdüm, ona görə də imkan olan kimi rayonun mərkəzində müəllim yanına hazırlığa getməyə başladım. 

- Çəkdiyiniz rəsmlərdə daha çox hansı mövzular üstünlük təşkil edir?
- Ən çox sevdiyim mövzular təbiətlə bağlıdır. Torpağı, səmanı və Günəşi çox sevirəm və təsvir edirəm. Amma başqa mövzulara da müraciət edirəm. Bəzən heykəltaraşlıqla məşğul oluram, bir neçə xırda əl işlərim var. Heykəltaraşlıqda, əsasən, heyvan fiqurları hazırlayıram.

- Bütün rəsmlərini təbiət qoynunda çəkirsən?
- Təbiət qoynunda dağları çəkmək daha gözəl nəticə verir. Elə bu məqsədlə bir sıra rəsmləri açıq havada, təbiətdə çəkirəm. Məktəbdə rəsm dərsində də şəkillər çəkirəm, amma evdə daha çox çalışıram. 

- Hər hansı rəsm müsabiqəsində iştirak etmisən?
- Əvvəlki illərdə məktəbimizin təşkil etdiyi rəsm müsabiqələrində iştirak edib uğur qazanmışam. Qarşıdakı aylarda yeni rəsm və əl işləri müsabiqələrində iştirak etməyi planlaşdırıram. 

- Hədəfləriniz nədir? 
- Gələcəkdə Vətənimin  dağını, daşını, torpağını, tarixini çəkməyi, canlandırmağı hədəfləyirəm. Rəssam olaraq gələcəkdə Mikayıl Abdullayevin “Qarabağ yaylaqları” əsərini canlandırmağı arzu edirəm. Bu əsər insan və təbiətin vəhdətidir. Mən də təbiəti çox sevirəm. Qarabağın təbiəti çox zəngindir, o ecazkar mənzərəni görmək arzusundayam. Qismət olsa, gedə bilsəm, yəqin, daha gözəl təəssüratlarım olar.  

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.