Bütün xəbərlər
13 may, 16:57

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “ConstructionTech Incubation” layihəsinin ikinci mərhələsi olan Hakaton mayın 13-də start götürüb və iki gün davam edəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, inşaat və memarlıq sahəsində innovativ həllərin axtarıldığı bu mərhələdə 21 komanda 6 əsas istiqamət üzrə müəyyən olunmuş problemlər üzərində 48 saat ərzində intensiv işləyir. Tələbələrdən ibarət komandalar real problemlərə kreativ yanaşmalar tətbiq edərək prototiplər hazırlayır, bu prototipləri məhsul formatında təqdim etmək üçün ideyalarını texniki baxımdan reallaşdırmağa çalışırlar.

Hakatonun əsas məqsədi tələbələri real iş mühiti və rəqabət şəraiti ilə tanış etmək, komanda şəklində işləmə və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirməkdir. Bu mərhələdə komandalar arasında həm rəqabət, həm də əməkdaşlıq ruhu hökm sürür. Tədbir müddətində iştirakçılara mentorlar və sahə üzrə ekspertlər də dəstək göstərir.

Qiymətləndirmə meyarlarına əsasən, Hakatonun sonunda təqdim edilən layihələr Münsiflər Heyəti tərəfindən dəyərləndiriləcək. Yarışın qalibləri aşağıdakı şəkildə mükafatlandırılacaq:

    •    I yer – 2000 AZN
    •    II yer – 1500 AZN
    •    III yer – 1000 AZN

Bu mükafatlar tələbələrin gələcək startap fəaliyyətlərinə təkan vermək və onları daha da motivasiya etmək məqsədi daşıyır.

Layihənin birinci mərhələsi olan SSJ (Student Startup Journey) tələbə düşərgəsi artıq uğurla başa çatıb. Düşərgəyə ümumilikdə 199 AzMİU tələbəsi müraciət edib, onlardan 101 nəfər seçim mərhələsini keçərək təlimlərdə iştirak hüququ qazanıb. İki ay ərzində 10 təlimçi ilə 20 təlim, 3 ekspertlə ustad dərsləri təşkil olunub. Təlim müddətində iştirakçıların fəaliyyətləri müəyyən meyarlarla qiymətləndirilib və təlimləri 31 tələbə uğurla tamamlayıb, 8 nəfər isə yalnız iştirakçı statusu ilə bitirib. Sonda seçilən 3 tələbə 1000 manat məbləğində mükafatlandırılıb.

Hakaton başa çatdıqdan sonra layihənin üçüncü mərhələsi – inkubasiya proqramı başlayacaq. Bu mərhələdə 10 təlimçi ilə 20 ixtisaslaşdırılmış təlim, 5 ekspertlə ustad dərsləri, eləcə də mentor dəstəyi həyata keçiriləcək.

İnkubasiya mərhələsində seçilmiş komandalar öz ideyalarını daha da təkmilləşdirmək, onları real məhsula çevirmək və startap bazarına çıxmaq üçün dəstək alacaqlar.

“ConstructionTech Incubation” layihəsi 2025-ci ilin iyul ayında yekunlaşacaq. Layihənin sonunda ölkənin innovasiya ekosistemində yeni nəsil ixtisaslaşmış kadrlar formalaşacaq, gənclərin ideyaları reallaşaraq startaplara çevriləcək və universitetin elmi potensialının kommersiyalaşdırılması üçün möhkəm zəmin yaranacaq.

1 /12

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.