Bütün xəbərlər
14 may, 13:00

Türkan Həsənli Bakı şəhəri 238 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. 10 ildən çoxdur ki, bədii gimnastika ilə məşğul olur. Yerli və xarici yarışlarda nailiyyətlər qazanıb.

İlk dəfə 6 yaşında yarışa çıxdı, II yeri tutdu

Türkan körpəliyindən yaxşı gimnast olacağının siqnalını verirmiş. Anasının sözlərinə görə, 3 yaşlı qızı həm elastik idi, həm də zərif: “Qərara gəldim ki, Türkandan gözəl gimnast olar. Özüm də gimnastları çox sevirdim. Bədii gimnastikaya xüsusi marağım olduğundan düşüncələrimi əmələ çevirdim. Türkanı yaxınlığımızda fəaliyyət göstərən kluba apardığım 1 il ərzində çox şey dəyişdi və bir gün klubda müəllimi təklif etdi ki, onu peşəkar kluba göndərək, orda yarışlara çıxsın. Qızım 2016-cı ildə 6 yaşında ilk dəfə yarışa çıxdı və II yeri tutdu. Artıq 10 ildən çoxdur ki, bədii gimnastika ilə məşğul olur və onun bu məşğuliyyəti həyatımızın bir parçasına çevrilib”. 

Dubayda ip salladı, gürz oynatdı...

Xarici ölkələrdə beynəlxalq yarışlara qatılan Türkan üçün böyük nailiyyətlər 2018-ci ildən başlayıb. Məsələn, Dubayda gürzlərlə və iplə çıxış edərək ikinci yerə layiq görülüb. Macarıstan, Gürcüstan, Qazağıstan, İsveçrədə keçirilən yarışlarda iştirak edib təcrübə qazanan balaca gimnastın gözü yuxarıda, hədəfi zirvələrdir.

Riyaziyyatı da sevir, xəyalında mühasib olmaq da var 

Türkan “həftədə 3 dəfə bədii gimnastika ilə məşğul oluram”, – deyir. Dərslərini də yaxşı oxuyur, əlaçıdır. O, dəqiq fənləri daha çox xoşlayır və riyaziyyat ən sevdiyi fəndir: “Riyaziyyat insana hər yerdə lazımdır, gimnasta da. Riyazi bacarığım olmadan yarışlarda ballarımı sürətlə hesablaya bilmərəm”.

Türkanın xəyalında mühasib olmaq da var: “Əslində, idman müəllimi olacağam. Müəllimlərim məni necə hazırlayıblarsa, mən də öz şagirdlərimi elə hazırlayacam və onların yaxşı gimnast olmalarına çalışacağam”. 

Türkan yaxşı gimnast olmaqla kifayətlənməyəcək: “Məktəbi bitirib universitetə qəbul olacağam. Yaxşı müəllim kimi tanınmaq istəyirəm. Əsas hədəfim tanınmış müəllim olmaqdır”.

1 /3

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.