Bütün xəbərlər
29 aprel, 10:45

28 aprel tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə keçirilən “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” və “Sosial Təminat Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzularında növbəti ixtisasartırma təlimləri başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, AƏSMA-nın Həmkarlar İttifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva tədbir iştirakçılarını salamlayaraq, onlara ixtisasartırma təlimlərində uğurlar arzulayıb.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Turanə Kərimova çıxış edərək təlimlərin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə ixtisasartırma təlimləri qanunvericiliyin düzgün tətbiqi baxımından olduqca vacibdir. T.Kərimova vurğulayıb ki, bu cür maarifləndirici təlimlər həm işçilərin hüquqlarının müdafiəsinə, həm də əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Öz növbəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, təlimçi Ruslan Vəliyev də iştirakçılara əmək qanunvericiliyinin ümumi məsələləri və anlayışları haqqında ətraflı məlumat verib. Günün ikinci yarısında təlimçilər Ürfət Mürşüdov və Rəsmiyyə Abdullayeva iştirakçılara Azərbaycan Respublikasının pensiya təminatı sistemi, inklüziv sosial müdafiə və sosial xidmət mövzularında ətraflı məlumat veriblər.

Təlimlər zamanı iştirakçılar real praktik nümunələr əsasında maarifləndirilib, sual-cavab sessiyasında isə onları maraqlandıran məsələlər müzakirə olunub və cavablandırılıb.

Qeyd edək ki, təlimlərdə ATİAHİ RK-nin üzv təşkilatların 32 sədri iştirak edir. Təlimlər 2 may tarixinə qədər davam edəcək.

1 /2

Şərhlər

Xəbər lenti

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.