Bütün xəbərlər
16 aprel, 13:05

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi və Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə “Qərbi Azərbaycan müzakirəsi: MUN Simulyasiya Konfransı” keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, BMT Baş Assambleyası modelinin simulyasiya konfransı Qərbi Azərbaycanla bağlı beynəlxalq problemləri və həll yollarını müzakirə etmək, gənclərin diplomatik bacarıqlarını inkişaf etdirmək və onların bu mövzuda məlumatlılığını artırmaq məqsədi daşıyıb.

Açılışda çıxış edən rektor Gülçöhrə Məmmədova gənclərin bu cür təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirib və onların beynəlxalq proseslərə bələd olmalarının, analitik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Rektor söyləyib ki, tələbələrin belə simulyasiya konfranslarında iştirakı gələcək peşəkar fəaliyyətləri üçün mühüm pillədir və bu platformalar gənclərin həm vətənpərvərlik ruhunun güclənməsinə, həm də dünyagörüşlərinin genişlənməsinə istiqamət verir.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov isə Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektlərinə toxunaraq, bu kimi simulyasiya konfranslarının gənclərin milli məsələlərə olan diqqətini artırmaq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, Qərbi Azərbaycandan məcburi köçkün düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların dinc yolla, könüllü və təhlükəsiz şəkildə geri qayıdışının təmin olunması beynəlxalq hüquqa əsaslanan ədalətli bir tələbdir. Qalib Qasımov bu təşəbbüsün gənclər tərəfindən gündəmə gətirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib və bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.

Daha sonra ATGTİ-nin sədri Rəşad Zeynalov gənclərin ictimai fəallığının və təşəbbüskarlığının vacibliyinə diqqət çəkərək bu cür tədbirlərin tələbələrin intellektual inkişafına, analitik düşüncə və diplomatik bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, MUN formatlı simulyasiya konfransları gənclərin qlobal problemlərə yerli baxış bucağından yanaşması, milli məsələləri beynəlxalq kontekstdə müzakirə etməyi öyrənmələri baxımından olduqca faydalıdır. Rəşad Zeynalov bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirərək ATGTİ-nin hər zaman gənclərin inkişafına yönəlmiş bu kimi layihələri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Konfrans plenar sessiyalarla davam edib. BMT Baş Assambleyasının iclasında müxtəlif üzv dövlətlərin nümayəndələri rolunu icra edən tələbə-gənclər Qərbi Azərbaycandan məcburi köçkünlərin qayıdış prosesi, onların mədəni, iqtisadi və sosial hüquqlarının bərpası üzrə müzakirələr aparıblar.

Azərbaycan və ingilis dillərində keçirilən müzakirələrə ümumilikdə 50 tələbə qatılıb.

İki gün davam edən simulyasiyada iştirakçılar gərgin diplomatik mübarizə apararaq öz mövqelərini ortaya qoyub, mövzu ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Sonda isə qoyulan məsələnin həll yolunu birlikdə müzakirə edərək yekun qətnamə qəbul ediblər.

1 /11

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.