Bütün xəbərlər
12 mart, 15:15

Məlum olduğu kimi, Azərbaycanda yeni təhsil proqramlarının hazırlanmasına başlanılıb. Mövcud əmək bazarının təhlili göstərir ki, işəgötürənlər daha geniş ixtisaslar üzrə dövrün trendlərinə uyğun yüksəkhazırlıqlı, müasir bilik və bacarıqlara cavab verən mütəxəssislər tələb edirlər. Bu isə ali təhsildə yeni ixtisasların təsis olunmasını zərurətə çevirir. Yeni ixtisasların yaradılması ilə məzunların işlə təmin olunması imkanlarının yaxşılaşdırılması bu yanaşmada əsas hədəfdir. Bu kontekstdə universitetlər tələbələri gələcək işlərə necə hazırlaya bilərlər? 

Kanadanın Vaterlo Universitetinin Riyaziyyat fakültəsinin riyaziyyat-biznes və mühasibat proqramları direktoru professor İlham Axundov bu haqda fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüb.

Onun sözlərinə görə, universitetdə hər bir ixtisas genişlik (breadth) və dərinlik (depth) komponentlərini düzgün balanslaşdıraraq özündə birləşdirməlidir. Bu yanaşma son 15 il ərzində Vaterlo Universitetində "Riyaziyyat-kompüter elmləri və biznes" (https://uwaterloo.ca/math-business-accounting-programs) ixtisaslarının uğurlu tədrisi əsasında formalaşmışdır. Bu yanaşma tələbələrə həm ümumi biliklərə yiyələnmək, həm də müəyyən sahələrdə dərin ixtisaslaşmaq imkanı yaradır:

- Məsələn, data analitiki yalnız statistik analiz və proqramlaşdırma biliklərinə sahib olmaqla kifayətlənməməlidir. O, eyni zamanda, biznesin tələb etdiyi analitik bacarıqları da mənimsəməli, verilənlərin biznes qərarlarına necə təsir etdiyini və analitik nəticələrin rəhbərlik tərəfindən necə tətbiq olunduğunu anlamalıdır.

Eyni yanaşma biznes liderlərinə də aiddir. Yalnız marketinq və idarəetmə sahəsində ixtisaslaşmaq kifayət deyil. Onlar həmçinin məlumat texnologiyaları və verilənlər analitikası sahəsində biliklərə sahib olmalı, texnoloji həllərin biznesdə tətbiqini anlamalıdırlar.

Bu yanaşma bəzən T-şəkilli kurikulum modeli adlanır: üfüqi hissə geniş bilikləri, şaquli hissə isə dərin ixtisaslaşmanı ifadə edir. Bu modelin Azərbaycan universitetlərində tətbiqi ali təhsil sisteminin inkişafına mühüm töhfə verə bilər. Ölkədə iqtisadiyyatın rəqəmsallaşması və innovasiyaların artan rolu tələbələrin həm fundamental biliklərə, həm də onların praktiki tətbiqinə dair dərin anlayışa sahib olmasını zəruri edir.

Bu məqsədlə Azərbaycan universitetlərində aşağıdakı addımların atılması vacibdir:

Fənlərarası tədris proqramlarının genişləndirilməsi – tələbələrə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaq üçün fakültələrarası əməkdaşlıq artırılmalıdır.

Təcrübə və layihəyə əsaslanan təhsilin gücləndirilməsi – tələbələrin real problemlər üzərində işləməsi üçün şirkətlərlə birgə layihələr həyata keçirilməlidir.

Rəqəmsal bacarıqların və analitik düşüncənin inkişaf etdirilməsi – bütün sahələr üzrə təhsil alan tələbələr üçün proqramlaşdırma, məlumat analitikası və rəqəmsal texnologiyalara dair əsas biliklər məcburi olmalıdır.

Beynəlxalq təcrübəyə əsaslanan kurikulumun tətbiqi – qabaqcıl universitetlərin təhsil modelləri araşdırılmalı və Azərbaycan reallıqlarına uyğunlaşdırılmalıdır.

Professor İlham Axundov qeyd edir ki, bu yanaşmanın həyata keçirilməsi Azərbaycan universitetlərinin məzunlarını qlobal əmək bazarında daha rəqabətqabiliyyətli edəcək və ölkənin innovasiya əsaslı iqtisadiyyat qurmaq hədəflərinə uyğun peşəkar kadrların yetişməsinə töhfə verəcək.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.