Bütün xəbərlər
28 aprel, 11:49

Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) 2025-ci ilin aprel-iyun aylarında həyata keçiriləcək "Məktəbəqədər təhsil" proqramı üzrə akkreditasiya qiymətləndirilməsində iştirak edəcək Akkreditasiya komissiyaları ilə görüş təşkil olunub.

TKTA-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş zamanı TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək, akkreditasiya prosesinin əsas mahiyyəti, ekspertlərin vəzifə və məsuliyyətləri barədə Komissiya üzvlərinə tövsiyələr verib. O, həmçinin akkreditasiya fəaliyyətlərinin obyektivlik və ədalətlilik prinsipləri əsasında aparılmasının əhəmiyyətini vurğulayıb.

TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov çıxış edərək, qiymətləndirmə proseslərinin səmərəli təşkili, sahə baxışlarının effektiv icrası və yekun hesabatların hazırlanması ilə bağlı öz tövsiyələrini komissiya üzvləri ilə bölüşüblər.

Tədbirdə çıxış edən komissiya üzvləri - ekspertlər TKTA tərəfindən təşkil olunan akkreditasiya proseslərinin şəffaf və nəticəyönümlü icrasından məmnun olduqlarını ifadə edərək, bu istiqamətdə öz fəaliyyətlərinə məsuliyyətlə yanaşacaqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin aprel-iyun aylarında Bakı şəhəri və regionlarda fəaliyyət göstərən yeddi ali təhsil müəssisəsində "Məktəbəqədər təhsil" proqramı üzrə akkreditasiya qiymətləndirilməsi həyata keçiriləcək.

1 /5

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.