.jpg)
ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə məzunu Aysel Sadıqova Norveçin dövlət neft-qaz şirkəti olan “Equinor” tərəfindən elan edilən təqaüd proqramının qalibi olub.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Bildirilib ki, Aysel təhsilini Fransada yerləşən və enerji, neft-qaz, kimya mühəndisliyi, həmçinin dayanıqlı inkişaf sahələrində ixtisaslaşmış nüfuzlu ali məktəb olan “IFP School”da (Institut Français du Pétrole) davam etdirəcək. O, “Dayanıqlı Enerji Üçün Yeraltı Texnologiyalar” magistr proqramı çərçivəsində geologiya və yataq mühəndisliyi üzrə bilik və bacarıqlarını dərinləşdirəcək, enerji keçidinə töhfə verə biləcək ixtisaslı mütəxəssis kimi formalaşacaq.
Tədris müddəti ərzində Ayselin bütün təhsil xərcləri “Equinor” təqaüdü tərəfindən qarşılanacaq. Proqramın davamı olaraq o, şirkətdə 6 aylıq peşəkar təcrübə keçmək imkanı da əldə edəcək. Bu müddət ərzində Ayselin sahə üzrə biliklərini daha da dərinləşdirəcəyinə və innovativ ideyalarını praktikada tətbiq edəcəyinə inanırıq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər