Bütün xəbərlər
23 may, 15:54

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində magistratura səviyyəsinə qəbulla bağlı qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə rektor, professor Ədalət Muradov, dekanlar və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 57 ixtisaslaşmaya, UNEC Biznes Məktəbində MBA proqramı çərçivəsində 17 ixtisaslaşmaya qəbulun aparılacağı qeyd edilib. Həmçinin bəzi ixtisaslaşmalarda yeniliklərin olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, UNEC-də magistratura təhsili almaq istəyənlər üçün geniş imkanlar mövcuddur. Əmək fəaliyyəti ilə məşğul olanlara təhsil almaq imkanı yaradılması məqsədilə dərslərin axşam saatlarında təşkil edildiyi, bir sıra ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçdiyi, MBA proqramı tələbələrinin isə ACCA fənlərindən azad edildiyi vurğulanıb.

Görüşdə UNEC-in magistratura proqramlarının üstünlüklərinin, ixtisaslaşmalarla bağlı yeniliklərin geniş ictimaiyyətə çatdırılması, eləcə də magistraturaya qəbulda cəlbediciliyinin artırılması məqsədilə təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Şərhlər

Xəbər lenti

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

23 may, 13:16

IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.