Bütün xəbərlər
20 may, 09:53

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq həftəsi”nə (Employability Week) start verilib.

Bu barədə UNEC-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, UNEC-lə əməkdaşlıq çərçivəsində “Synergia Academy”nin təşəbbüsü, Karyera Mərkəzinin təşkilatçılığı və “PASHA Group”a daxil olan 12 nüfuzlu şirkətin iştirakı ilə həyata keçirilən “Məşğulluq həftəsi” sonuncu kurs tələbələrinin məşğulluğunun təmin olunması istiqamətində geniş imkanlar yaradacaq. Həftə ərzində UNEC tələbələri iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak etməklə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, seçilmiş tələbələr üçün müsahibə mərhələləri təşkil olunacaq.

Tədbirin açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov “Məşğulluq həftəsi”ni universitetin 95 illik yubileyi çərçivəsində keçirilən əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirib. Rektor qeyd edib ki, UNEC tələbələrinin yüksək maaşlı və ixtisaslarına uyğun işlə təmin olunması universitetin əsas prioritetlərindəndir: “İşəgötürənlərin UNEC tələbələri ilə görüşə gəlməsi özlüyündə universitetə və tələbələrimizə verilən dəyərin göstəricisidir. Əminəm ki, təmsil olunan 12 şirkət həftə ərzində öz tələblərinə uyğun olan, bacarıqlı və bilikli tələbələrlə tanış olaraq onları işə qəbul edəcəklər”.

Professor Ədalət Muradov çıxışı zamanı UNEC-də son illərdə tələbələrin rəqabətədavamlı mütəxəssislər kimi yetişməsi məqsədilə həyata keçirilən islahatlardan da danışıb. O, tələbələrə müsahibələrdə öz bilik və bacarıqlarını düzgün təqdim etmələri ilə bağlı tövsiyələrini verib.

Tədbirin təşkilatçısı, “Synergia Academy”nin CEO-su Rəna Əfəndiyeva “Məşğulluq həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin tələbələr üçün mühüm karyera imkanları yaradacağını bildirib: “Bu təşəbbüs tələbələrin real iş mühiti ilə tanışlığı, potensial işəgötürənlərlə birbaşa əlaqə qurması baxımından əvəzsizdir. Əminəm ki, bu platforma onların uğurlu karyera yolunda əhəmiyyətli addımlardan biri olacaq”.

“Məşğulluq həftəsi”ndə iştirak edən şirkətlərin insan resursları rəhbərləri çıxış edərək tələbələrə müsahibə prosesi zamanı diqqət yetirilməsi vacib olan məqamları, peşəkar təqdimat və karyera planlaması barədə tövsiyələrini bölüşüblər.

1 /7

Şərhlər

Xəbər lenti

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

27 avqust, 11:20

Bu gündən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlayır

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.