Bütün xəbərlər
15 may, 15:25

“Bizim yaxşı başlanğıcı, nailiyyəti qeyd etmək kimi el adətimiz var. Ancaq qeyd etmənin də bir əndazəsi var. Bu indi məktəblərə də gəlib çatıb”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

O bildirib ki, “Son zəng” tədbirinin şouya çevrilməsi kritik həddə çatıb ki, artıq bu qədər protokollar, təlimatlar göndərilib və cəmiyyətdə belə əks-səda yaradır:

“Çox sevdiyim aforizm var – “Bir uşağı böyütmək üçün bir kənd lazımdır”. Tək məktəb deyil, cəmiyyət olaraq hamımızın işidir ki, biz məktəbdə qeyri-konsumerizm mədəniyyəti, uşaqlarımızı səlahiyyətləndirmək mədəniyyəti formalaşdıraq. Uşaqlarımız üçün işləməyək, uşaqlarla birlikdə işləməyə başlayaq. Uşaqları öyrədək ki, bu cür tədbirlərə özləri rejissorluq etsinlər, kreativlik göstərsinlər. 

Son zamanlar görürsünüz, məktəblərin hamısı bahalı şarlarla bəzədilir, fişəng atırlar, dronla videoçəkiliş aparırlar, musiqi kollektivləri çağırırlar, xüsusi xoreoqraf gəlib aylarla onlarla işləyir. Bir tərəfdən cəmiyyət olaraq bizi konsumerizm boğur, ikinci tərəfdən də biz uşaqlarımızı tüfeyli kimi böyütmürükmü? Bunlar artıq 17-18 yaşında uşaqlardır. Onlar sabah tamamilə sərbəst həyata başlayacaqlar. Bu şou ilə biz nə etmək istəyirik? Bunun təhsilin keyfiyyətinə, uşağın insan kimi formalaşmasına hansı xeyiri var?”

V.Yaqublu qeyd edib ki, “Son zəng” tədbirinin mütləq bir şərtləri var ki, məktəb rəhbəri uşaqları təbrik edir, məzunlar minnətdarlıqlarını bildirirlər, hisslərini izhar edirlər, valideynlərin nümayəndəsi, müəllimlər danışır, ürəyi istəyən rəqs edir, şeir deyir, müəllimlərinə həsr etdiyi şarjlarını deyir. Son zəngi kvest kimi edən məktəblər var. Onlar “Son zəng”in əsas atributu olan balaca mexaniki zəngi haradasa  gizlədirlər və məktəbin otaqlarında təlimatlar yazırlar. Tutaq ki, “fizika otağına gedin, filan təcrübəni yerinə yetirin”. Təcrübə yerinə yetirildisə növbəti təlimat açılır və s. Axırda gedib zəngi tapırlar və çalırlar. 

Şərhlər

Xəbər lenti

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.