Bütün xəbərlər
3 iyun, 09:20

İyunun 2-də Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “Ümid var” İnklüziv Yaradıcılıq İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi və Zirə Eko Parkın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Zirə Eko Parkda baş tutan tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva qonaqları salamlayaraq, uşaqların hüquqlarının müdafiəsinin, onların hərtərəfli inkişafı və rifahının təmin olunmasının vacibliyindən bəhs edib, “Hüquqlarınla Parla!” layihəsinin məqsədlərindən, uşaqların təhlükəsizliyi və cəmiyyətdə iştirakçılıq səviyyəsinin artırılmasına yönəlmiş fəaliyyətlərdən, o cümlədən təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərdən danışıb və layihənin gələcək mərhələləri barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Aparatının məsləhətçisi Aynur Veysəlova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Təranə Piriyeva, “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin sədri Nazilə Məhərrəmova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə uşaqların rifahına, hüquqlarının qorunmasına və bu sahədə aparılan birgə fəaliyyətlərə dair fikirlərini bölüşərək, uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, həmçinin bu istiqamətdə ictimai birliklərin üzərinə düşən vəzifələrin önəmini qeyd ediblər.

Rəsmi hissədən sonra “Ümid var” İnklüziv Yaradıcılıq İctimai Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyi üzvlərinin ifasında milli rəqs nümunələri və səhnəciklər nümayiş olunub.

1 /16

Şərhlər

Xəbər lenti

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

4 iyun, 16:23

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

4 iyun, 16:02

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

4 iyun, 16:00

Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır

4 iyun, 15:58

4 fənnə görə xüsusi seçildi - Kənd məktəbinin böyük uğuru  

4 iyun, 15:45

ADU-da doktorantura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

4 iyun, 15:19

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

4 iyun, 15:17

Zəngilanda məktəblilər arasında idman yarışları keçirilib

4 iyun, 15:14

Gürcüstanın elm, təhsil və gənclər naziri Bakıda konfransda iştirak edəcək

4 iyun, 15:06

AzMİU-da 2025-2026-cı tədris ili üçün qəbul planı artırılıb

4 iyun, 15:04

ADPU-nun rektoru imtahanların gedişi ilə tanış olub

4 iyun, 15:01

İş və istirahət günlərinin yerləri dəyişdirilib

4 iyun, 14:41

Pulpərəst məktəb direktoru – Qəzetin arxivindən

4 iyun, 13:56

Atatürkün şəxsən təbrik etdiyi azərbaycanlı qadın – Öz maaşını kasıb tələbələrə paylayırdı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.