Bütün xəbərlər
4 aprel, 11:17

Abşeron-Xızı regionu üzrə V Azərbaycan Astronomiya Olimpiadasında birincilik qazanan şagirdlər təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər

 Məlum olduğu kimi, aprelin 2-də ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunubSumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Bəxtiyar Ağayev və 23 nömrəli tam orta məktəbin X sinif şagirdi Tuncay Əmiraslanlı uğurlu nəticə göstərərək 1-ci yerə nail olublar. 

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadasının nəticələrinə görə, 7 nəfər birinci, 11 nəfər  ikinci, 10 nəfər şagird isə üçüncü yerə layiq görülüb. Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

“Azərbaycan müəllimi” olimpiadada ən yüksək nəticə göstərmiş Sumqayıt məktəblilərinin təəssüratlarını oxucularına təqdim edir. 

“Qızıl medal alacağıma əmin idim”

Bəxtiyar Ağayev  Təbiət Elmləri Təmayüllü Gimnaziyanın əlaçı şagirdlərindəndir. Fizika və riyaziyyat fənlərinə  böyük maraq göstərən olimpiada qalibi deyir: “Mən 7-ci sinifdə fizika fənni üzrə respublika fənn müsabiqəsində iştirak etdim və gümüş medal qazandım. 2022-2023 və 2023-2024-cü tədris illərində respublika fənn olimpiadasında fizika üzrə qızıl medallara layiq görüldüm. 2023-2024-cü tədris ilində qatıldığım Azərbaycan Astronomiya Olimpiadasında gümüş medala, bu il isə birinci yerə nail oldum. Eyni zamanda, 2-12 dekabr tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO 2024)  iştirak edib bürünc medala layiq görüldüm. Keçən ildən təcrübəm olduğuna görə bu il Astronomiya Olimpiadasında qızıl medal alacağıma əmin idim. Olimpiadaya Xıdır Mikayılov və Vaqif Əliyevin dəstəyi ilə, əsasən, özüm hazırlaşmışam. Müəllimlərimə dəstək olduqları üçün dərin təşəkkür edirəm. Gələcək hədəfim Beynəlxalq Fizika Olimpiadasında (İPHO) və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (İOAA) iştirak edib qalib olmaqdır. Bundan sonra isə təhsilimi xarici nüfuzlu universitetlərin birində davam etdirmək istəyirəm”.

“Olimpiadalara hazırlaşmaq səbir və diqqət tələb edir” 

Tuncay Əmiraslanlı isə 23 nömrəli tam orta məktəbin nümunəvi şagirdidir: “İndiyə qədər bir çox müsabiqə və olimpiadalarda iştirak etmişəm. 7-ci sinifdə fizika fənni üzrə  Respublika fənn müsabiqəsində, 8-ci və 9-cu siniflərdə Respublika fənn olimpiadalarında ardıcıl olaraq 3 qızıl medal qazanmışam. Eyni zamanda, Naqif Nəbiyev adına fizika müsabiqəsində gümüş medalla təltif olunmuşam. Bundan əlavə, Azərbaycan Astronomiya olimpiadalarında 2022-2023-cü tədris ilində həvəsləndirici mükafat, 2023-2024-cü tədris ilində isə qızıl medal əldə etmişəm. 9-cu sinif buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərmişəm. V Azərbaycan Astronomiya Olimpiadasında yüksək nəticə göstərməyim məni çox sevindirir və gələcək müsabiqələrdə də uğur qazanmaq üçün motivasiya verir. Ən sevdiyim fənlər fizika və riyaziyyatdır. Olimpiadalara hazırlaşmaq ciddi vaxt, səbir və diqqət tələb edir. Hazırlıq prosesində xarici elmi kitablar və məqalələrdən çox istifadə edirəm, eyni zamanda, Xıdır Mikayılov və Vaqif Əliyevin dərslərində iştirak etmişəm. Astronomiya olimpiadalarına 8-ci sinifdən qatıldığım üçün proqramla tanış idim və çətinlik çəkmədim. Gələcəkdə hədəfim astronomiya və fizika üzrə beynəlxalq olimpiadalarda ölkəmi təmsil edərək uğur qazanmaq, ixtisasım üzrə özümü inkişaf etdirməkdir”.

1 /3

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.