Bütün xəbərlər
30 oktyabr, 10:34

Bir neçə gün öncə Bakı Ekspo Mərkəzində təşkil olunan Yaşıl SAF 2024 Festivalında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 8 kateqoriya üzrə 12 komanda iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “URP” komandası “VEX IQ” kateqoriyası üzrə “Best of best” (“Yaxşıların ən yaxşısı”) kubokunu qazanıb. Komandanın mentoru Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin müəllimi Raya Ağayeva, üzvləri Lənkəran şəhər 6 nömrəli texniki riyaziyyat təmayüllü liseyin şagirdləri Musa Camalov, Banu Camalova, Ülvi Əliyev və Rəşid Ramazanzadədir. 

Ümumilikdə, festivalda iştirak edən 12 komandadan 1-i qızıl, 4-ü bürünc medal qazanıb.

Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin “Yaşıl imza” komandası (mentor Saniyə Əliyeva, üzvləri Nazlı Şahverdiyeva və Aylin Zeynalova) “VidX” kateqoriyası üzrə I, Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbin “Explorers” komandası (mentor Mailə Fərəczadə, üzvləri Emin Səfərli və Sənan Məmmədzadə)  “Cubesat” kateqoriyası üzrə III, “Green Team” komandası (mentor Turanə Heydərli, üzvləri Lənkəran rayon Ürgə kənd tam orta məktəbin şagirdi Nəzrin Babayeva və Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəbin şagirdi  Murad Babayev “CubeSat” kateqoriyası üzrə III, Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəbin “Hirkan Team” komandası (rəhbər Gülnarə Aslanova, üzvləri Cavidan Baxşiyev və Vüqar Abdullayevdir) “FlyTech” kateqoriyası üzrə III,  Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin “Yaşıl Düşüncələr” komandası (rəhbər Elçin Səfərov, üzvləri Tofiq Ağayev və Aqil Qurbanov) “VidX” kateqoriyası üzrə III yerləri qazanıblar. Digər komandalar isə müxtəlif nominasiyalar üzrə qalib olub, hədiyyələr qazanıblar.

Yarış həm həyəcanlı, həm də çox əyləncəli keçdi

“Green Team” komandasının üzvü Nəzrin Babayeva: Yaşıl SAF 2024-ün “CubeSat” kateqoriyasında “Green Team” komandası olaraq iştirak etmişik. Bu layihədə mentorumuz Turanə Heydərli bizə rəhbərlik edib və hər zaman “bacararsınız” deyərək bizə dəstək olub. Bizim “SAF 2024” hekayəmiz “CubeSat” kateqoriyasına qeydiyyatdan keçməyimizlə başladı. Layihəmiz günəş paneli ilə işləyən “CubeSat” modeli idi. Bu sat “ESP8266” modulu ilə işləyir və “DHT11” temperatur sensoru, “ESP32-CAM” modulu, “MPU-6050” hərəkət sensoru ilə təchiz olunub. Topladığı məlumatları “SIM800” modulu vasitəsilə uzaqdan göndərir, enerjisi isə günəş panelindən təmin olunur. 

Yarış həm həyəcanlı, həm də çox əyləncəli keçdi. Yeni insanlar tanıdım və dəyərli məlumatlar əldə etdim. Başqa yarışlarda iştirak etsəm də, bu il ilk dəfə SAF həyəcanına ortaq oldum. 

İndiyə qədər çoxlu uğurlarım olduğu kimi uğursuzluqlarım da olub, lakin hər uğursuzluqdan dərs çıxarıb daha böyük səylə çalışmağa davam etmişəm. İlk dəfə texniki nasazlıqlar səbəbindən uğur qazana bilmədiyim yarışın ikinci buraxılışında, “Brain Power” komandası olaraq “Qadınlar Riyaziyyatda” gününə həsr olunmuş mexatronika yarışının finalına çıxaraq gümüş medalın - 2-ci yerin sahibi olmuşam. “Qızların rəqəmsal bacarıqlar və karyera seçiminə dəstək” layihəsində, “Green Life” təlimlərində iştirak edib birincilik qazanmışam. Gələcəkdə hədəfim SAF 2025-də qızıl medal qazanmaqdır”.

Bu bizim ilk yarışımız və ilk qələbəmizdir

“Yaşıl imza” komandasının üzvü Aylin Zeynalova: “Biz “Yaşıl SAF 2024 Festivalında “VidX” kateqoriyası üzrə iştirak etdik. Bu bizim ilk yarışımız və ilk qələbəmizdir. Layihəmiz “Təbiətin nəfəsi” haqqında idi, biz bu layihədə təbiəti çirklənmədən qorumaq haqqında mesajlar verməyə çalışdıq. Tullantı materiallarından istifadə edərək kompozisiya hazırladıq və bu kompozisiya əsasında animasiya filmi çəkdik, bu animasiya filmindəki personajları tullantı materiallarından istifadə edərək hazırlamışdıq. Festivalda isə animasiya filmi haqqında afişa hazırladıq, daha sonra kompozisiyanı, animasiya filmini və afişanı münsiflərə təqdim etdik.

Bu festivalda iştirak etmək və qalib gəlmək bizim üçün qürurvericidir. Festivalda digər kateqoriyalarla da tanış olduq. Növbəti festivalda özümü digər kateqoriyalarda sınamaq istəyərəm”. 

Xatırladaq ki, oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına, ümumilikdə, 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb.

1 /11

Şərhlər

Xəbər lenti

4 iyul, 11:53

Kənd məktəbinin 11 məzunu fərqlənmə attestatı aldı – Uğurun ünvanı

4 iyul, 11:52

Berkli Universitetində azərbaycanlı və amerikalı alimlərin görüşü olub

4 iyul, 11:45

Paytaxtda IX sinfi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

4 iyul, 11:18

UNEC-də "Keyfiyyətin idarə edilməsi və akkreditasiya prosesləri” mövzusunda təlim keçirilib

4 iyul, 11:16

Müdafiə Sənayesi Nazirliyi AzTU tələbələri üçün infotur təşkil edib

4 iyul, 11:10

AzMİU-da tələbə könüllülər təltif olunub

4 iyul, 10:04

UFAZ məzunu Norveçin təqaüd proqramının qalibi olub

4 iyul, 09:54

Azərbaycanlı tələbələr Çində təqaüdlə təhsil alacaqlar

4 iyul, 09:45

ADU-da “Məzun günü” keçirilib

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün bu ilin sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.