Bütün xəbərlər
13 fevral, 17:45

Alimlər Yer kürəsinin daxili nüvəsinin səthində struktur dəyişiklikləri aşkar ediblər. Bu tapıntı daxili nüvənin fırlanmasının topoqrafik aktivlikdən təsirləndiyini və günün uzunluğunda kiçik dəyişikliklərə səbəb olan rotasiya dəyişiklərinin meydana gəldiyini ortaya qoyur. Həmçinin daxili nüvənin yavaşlamasına da bu dəyişikliklərin təsir etdiyi bildirilir.

“Azərbaycan müəllimi” sciencedaily.com-a istinadən xəbər verir ki, alimlər, əvvəlcə Yer kürəsinin daxili nüvəsinin möhkəm bir top şəklində olduğunu düşünürdülər. Lakin seysmik dalğaların uzun illər ərzində araşdırılması nəticəsində, bu nəzəriyyənin doğru olmadığı məlum olub. Seismik dalğalar vasitəsilə aparılan tədqiqatda daxili nüvənin səthindəki dəyişikliklərə dair qeyri-adi məlumatlar əldə edilib.

Araşdırma 1991-2024-ci illər arasında Antarktidaya yaxın Cənub Sendviç Adaları ərazisindəki 42 müxtəlif nöqtədən gələn 121 təkrarlanan zəlzələni analiz edərək daxili nüvənin davranışını izah edir. Alimlər xüsusilə Alaskada və Kanadada yerləşən stansiyalardan alınan məlumatları təhlil etdikdə qeyri-adi xüsusiyyətlərə rast gəliblər. Bu dəyişikliklər daxili nüvənin elastik deformasiya edərək formasını dəyişdirdiyini göstərir.

Tapıntı daxili nüvə və xarici nüvə arasındakı qarşılıqlı təsirin daxili nüvənin strukturunda dəyişikliklərə səbəb olduğunu göstərir. Alimlər xarici nüvənin maye və hərəkatlı olması səbəbindən bu hərəkətlərin daxili nüvəni təsir etdiyini və əvvəlcə müşahidə edilməyən fiziki aktivliklərin olduğunu bildiriblər. Bu kəşf Yer kürəsinin daxili dinamikalarını daha dərindən başa düşməyimizə və planetimizin termal və maqnit sahələri ilə bağlı yeni məlumatlar əldə etməyimizə imkan yaradır.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.