I sinfə şagird qəbulu bu tarixlərdə aparılacaq

31 Mart, 2026 - 15:48
I sinfə şagird qəbulu bu tarixlərdə aparılacaq

Mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, valideynlər Azərbaycan bölməsi üzrə 6 may – 4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun – 16 iyul 2026-cı il tarixlərində üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.

Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.

Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.