Bütün xəbərlər
15 oktyabr, 12:07

Oktyabrın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) əsaslı təmirdən sonra istifadəyə verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, MÜTDA-nın Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, dərnək üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar öncə 4 nömrəli UGİM-in binası ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan 4 nömrəli UGİM-in direktoru Gülarə Quluzadə mərkəzin fəaliyyəti barədə məlumat verib.

Daha sonra BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova çıxış edərək, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.

Bildirib ki, burada uşaq və gənclərin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. N.Həsənova məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin uşaq və gənclərin yaradıcılıq imkanlarına və onların hərtərəfli inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəyini vurğulayıb.

Yasamal RİH başçısının müavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün şagirdlərin məktəbdənkənar fəaliyyətlərə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəbdənkənar təhsilin istiqamətləri üzrə keyfiyyətin yüksəldilməsi, qazanılan nailiyyətlər ölkəmizdə təhsil sahəsinə, o cümlədən məktəbdənkənar təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Tədbir dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən 16 dərnəkdə 2340 uşaq məşğul olur. 1950-ci ildən fəaliyyət göstərən mərkəz respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edib, müəssisənin yetirmələri müsabiqə, sərgi və festivallarda diplom, Fəxri fərman və sertifikatlara layiq görülüblər.

Yetər Kərimli
Foto: Kənan Qafarov

1 /25

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.