
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə təxminən 62 minə yaxın əlilliyi müəyyən edilmiş uşaq var. Amma onların cəmi 13 mini təhsil alır: 3500-ü xüsusi təhsil müəssisələrində, 9500-ə yaxını isə evdə. Bəs qalan uşaqlar haradadır?”.
Bu sualı elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun panel müzakirəsi zamanı qaldırıb.
Nazir müavini bildirib ki, təhlillər zamanı bu uşaqların bir hissəsinin ümumi təhsil müəssisələrində oxuduğu məlum olub:
“Valideynlər çox vaxt uşaqlarının sağlamlıq imkanlarının məhdudluğu barədə məktəbə məlumat vermirlər. Onlar digər uşaqlarla birgə təhsil alırlar. Əslində, əlilliyi olan uşaqların 90 faizi təhsilə cəlb olunub, sadəcə bu, statistikada əksini tapmır, çünki valideynlər lazımi sənədləri məktəbə təqdim etmirlər”.
İdris İsayev onu da əlavə edib ki, xüsusi təhsil müəssisələrinin inkişafı ilə yanaşı, inklüziv təhsil imkanları da genişlənir:
“Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası üçün inklüziv siniflərin sayı artırılır. Hazırda ölkə üzrə ümumtəhsil məktəblərində 100-dən çox inklüziv sinif fəaliyyət göstərir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər