
9 oktyabr 2025-ci il tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimlərinə start verilib.
Bu barədə “Azərbaycan müəllimi”nə agentlikdən məlumat verilib.
Bildirilib ki, ixtisasartırma proqramının ilk mərhələsində kibertəhlükəsizlik, veb dizayn, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kompüter sistemlərində proqramlaşdırma, kompüter sistem inzibatçısı ixtisasları üzrə təlimlər keçirilib. Təlimlərin müddəti 3–5 gün olmaqla, proqram iştirakçılarına nəzəri və praktiki biliklərin inteqrasiyasına əsaslanan öyrənmə mühiti təqdim edilib.
Təlimlərin əsas məqsədi beynəlxalq təcrübələrə əsaslanaraq iş yerlərində təlim və təcrübəkeçmə mexanizmlərinin formalaşdırılmasına dəstək vermək, müxtəlif iqtisadi sahələrdə çalışan təhsilverənlərin peşəkar səriştələrini dərinləşdirmək və onların praktiki bacarıqlarını artırmaqdan ibarətdir.
Təlim müddətində iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə yeni yanaşmaları mənimsəyiblər.
Proqramın sonunda təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər