Bütün xəbərlər
14 oktyabr, 16:45

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İnformasiya texnologiyaları və gənclər üçün yeni imkanlar” adlı təlim təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin (İB) baş katibi Məhəmməd Səfərov ictimai birlik haqqında məlumat verib. Layihə çərçivəsində klinik psixoloq Nuridə Daşdəmirli gənclərlə rəqəmsal mühitdə psixoloji sabitliyin qorunması, stress və motivasiya idarəetməsi mövzularında fikir mübadiləsi aparıb. “Div academy”nin təsisçisi Aygün Mirzəliyeva çıxışında texnologiya sahəsində qadınların rolu, proqramlaşdırma bacarıqlarının gələcək karyerada əhəmiyyəti və IT təhsilinin yeni tendensiyaları barədə məlumat verib. 

“Unidream” şirkətinin təsisçisi İsmayıl Qədimli isə tələbələrə xaricdə təhsil imkanları, qlobal texnologiya bazarında gənclərin rolu və startap mədəniyyətinin inkişafı haqqında danışıb, praktiki nümunələrlə təcrübəsini bölüşüb.

Qeyd edək ki, tədbirin məqsədi gənclərin informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını artırmaq, eləcə də bu istiqamətdə mövcud imkanlar barədə məlumatlandırmaq olub.

1 /5

Şərhlər

Xəbər lenti

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.