Bütün xəbərlər
14 oktyabr, 15:50

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının professor-müəllim heyəti oktyabrın 11-də “TCS” şirkətinin Güzdək qəsəbəsində yerləşən poliqonunda sənaye təcrübə proqramında iştirak ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqram zamanı şirkətin qurucusu və rəhbəri Anar Məlikov qonaqlara “TCS” şirkətinin yaranması, fəaliyyət istiqamətləri və gördüyü işlər barədə ətraflı məlumat verib. O, ADNSU nümayəndələrini müasir tələblərə cavab verən təlim və istehsalat sahələri ilə tanış edib.

Təlim sahəsində kafedranın əməkdaşlarına estakada qurğuları və mexaniki avadanlıqlar nümayiş olunub, qapalı məkanlarda və hündürlükdə işlərin aparılması prosesi praktiki şəkildə izah edilib. Həmçinin quru və dəniz şəraitində yüklərin daşınması və qaldırılıb-endirilməsi qaydaları barədə təcrübi biliklər verilib.

Anar Məlikov əməkdaşlara təhlükə potensialı olan obyektlərdə odlu işlərin görülməsi, qaynaq prosesi, sıxılmış və mayeləşdirilmiş qaz balonları ilə təhlükəsiz işləmə qaydaları barədə məlumat verib. Təlim zamanı bu proseslərin təhlükəsizlik tələbləri praktik şəkildə nümayiş etdirilib.

Daha sonra ADNSU nümayəndələri şirkətin istehsalat sahəsinə baxış keçiriblər. Şirkət rəhbəri bildirib ki, “TCS” əsasən SOCAR və BP-nin sifarişləri əsasında təhlükəsizlik vasitələrinin istehsalı və avadanlıqların diaqnostikası sahəsində mühüm layihələr həyata keçirir.

Sonda “TCS” şirkətinin rəhbəri Anar Məlikov və ADNSU-nun kafedra müdiri professor Sakit Rəsulov gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Professor Sakit Rəsulov kafedranın kollektivi adından yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirib.

1 /7

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.