Bütün xəbərlər
10 oktyabr, 12:20

10 oktyabr tarixində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərinə səfər edib. Səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional təhsil idarəsinin müdiri Elçin Kərimov, Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova və şəhərin ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Görüşdə Mətin Kərimli regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin ideoloji maarifləndirmə prosesində olduqca mühüm rola malik olduğunu diqqətə çatdırıb:


“XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının, eyni zamanda vətənpərvər şəxslərin yetişdirilməsi ölkəmizin strateji hədəfidir. Cənab Prezident İlham Əliyev öz çıxışlarında bizə ideoloji fəaliyyət, təlim-tərbiyə ilə bağlı fikirlərini və düşüncələrini çatdırıb. Biz dəyərlərinə bağlı bir millət olaraq təhsilin inkişafında da öz dəyərlərimizə sahib çıxmalıyıq”.

Daha sonra Mərkəzi Aran Regional təhsil idarəsinin müdiri Elçin Kərimov regionda fəaliyyət göstərən müəllimlərin uğurlarından bəhs edib. O, regionda təhsilin inkişafında müəllimlərin böyük əməyi olduğunu vurğulayıb. Təhsil sektorunun müdiri Sevinc Həsənova isə olimpiada qalibi olan şagirdlər haqqında geniş məlumat verib, onların qazandıqları uğurlardan danışıb.

Daha sonra şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb.

1 /4

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.