Bütün xəbərlər
25 oktyabr, 10:58

Azərbaycanın elm sahəsində dövlət siyasətinin yeni prioritetləri çərçivəsində müasir çağırışlar və öndə olan məqsədlərin öyrənilməsi, həmçinin dünya təcrübəsi kontekstində ölkə universitetlərində elmi fəaliyyətlə bağlı problemlərin aşkar edilməsi və onların həll edilməsi istiqamətində tədqiqatların təşviqi günün tələbidir. 

Universitetlərdə “təhsil-elm-innovasiya” triadası onların fəaliyyətinin əsasını təşkil edir. Odur ki, elmi fəaliyyətin formal mahiyyətindən və mücərrəd məzmunundan qurtulmasına, eləcə də ali məktəblərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişdirilməsinə ciddi ehtiyac yaranır. Müasir universitetlərdə elmi-pedaqoji fəaliyyətin səmərəliliyini təmin edən yanaşma və prioritetləri araşdırmaq, gələcək elmi fəaliyyət üçün yeni strategiyaların işlənib hazırlanması imkanlarını “Elmmetrika” elmi vasitəsi ilə müəyyən etmək olur.  

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkəmizdə elmi-tədqiqat universitetlərinin yaradılması yaxın gələcək üçün təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulub.  

Ali təhsildə müasir dövrün tələblərinə uyğun, milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərinə adekvat olan tədris, elmi-tədqiqat və innovasiyaların səmərəliliyinin artırılması istiqamətində tədqiqatçılar üçün stolüstü kitab: “Elmi fəalyyətin qiymətləndirilməsi: Elmmetrik bazalar” adlı elmi məzmunlu tədqiqat əsəri nəşr olunub. Alimlərimiz, tədqiqatçılarımız üçün çox aktual məsələlərin həllinə həsr olunmuş əsərin müəllifi Elmmetrika elmi üzrə nüfüzlü tədqiqatçı-alim, dosent Lətifə Ağamalıyevadır. 

Elmmetrika (Scientometrics) elmin inkişafının kəmiyyət metodlarını öyrənən elm sahəsidir. Bir sıra alimlər elmmetrikanı elm və texnologiyanın kəmiyyət aspektlərinin tədqiqi kimi, ünsiyyət prosesi kimi qəbul edirlər. Elmi nəşrlərin indeksləşdirilməsi və istinadlar sistemi yeni informasiya sistemləri növü kimi ABŞ-də yaradılıb və fəal şəkildə inkişaf etdirilib. Elmi məqalənin geniş ictimaiyyətə tanıdılması və çox istinad alması, onun nəşr olunduğu elmi nəşrin statusundan çox asılıdır. Elmi nəşrin indeksləndiyi elmmetrik bazanın nüfuzu onun mənsub olduğu kvartil jurnalın status göstəricisidir.

Məlumdur ki, tədqiqatlar və alınan nəticələri ehtiva edən informasiya həcmi kəskin artmağa başlayıb. Bu informasiya axınının səmərəli işlənməsi, tədqiqat üçün perspektivli istiqamətin seçilməsi, elmi əməkdaşlıq və elmə töhfə vermək üçün informasiyanın emalı və klassifikasiyasını həyata keçirmək üçün yeni texnologiyalara əsaslanan elmmetrik alətlərin yaradılması zərurəti meydana çıxıb. Bu gün elmin təkamülünün çoxsaylı ölçmələr və elmi məlumatların statistik emalı vasitəsilə öyrənilməsinə böyük diqqət yetirilir. Elmmetrik üsullar tədqiqatçıların, elmi müəssisənin və ölkələrin elmi nəticələrini qiymətləndirməyə və bu nəticələri müxtəlif parametrlərə görə təsnif etməyə kömək edir. Tədqiqat fəaliyyətinin təhlilində elmmetrik bazalar xüsusi yer tutur. Bu bazalar növündən asılı olmayaraq verilənlərin təsviri, saxlanması və emalı üçün müəyyən qaydalara uyğun təşkil edilmiş massivlər və məlumat faylları toplusudur. Elmmetrik bazalar müxtəlif elmi əsərlərin tədqiqi və sitatlarının izlənilməsi üçün alət rolunu oynayan biblioqrafik və abstrakt xarakterli verilənlər bazalarıdır. Hazırda ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsində elmmetrik göstəricilərdən istifadəyə xüsusi yer verilir. 

Bu baxımdan, universitetin professor-müəllim heyətinə öz reytinqini yüksəltmək üçün elmmetrik metodlardan istifadə haqqında müəyyən məlumatların verilməsi zərurəti yaranır. 

Təqdim olunan tədris vəsaitinin birinci fəslində elmmetrikanın yaranma tarixi, “Web of Science” və “Scopus” indekslənmə bazalarında istifadə olunan əsas elmmetrik göstərcilər, onların hesablanması üsulları və təyinatı nəzərdən keçirilir. Bundan başqa, “Web of Science” və “Scopus” bazalarının resurlarından istifadə ətraflı təsvir olunur. İkinci fəsil müxtəlif sistemlərdə müəllif identifikatorlarının və profillərinin yaradılmasına həsr olunub.  Bu fəsildə “Scopus Author Identifier”, “WoS” (ResearcherID), “ORCID, Science Index” (eLIBRARY) müəllif identifikatorlarının alınması və “Google Scholar”-da  müəllif profilinin yaradılması ətraflı təsvir edilir.

Üçüncü fəsil elmi sosial şəbəkə resurslarından istifadəyə həsr olunub. “Research Gate”, “Academia.edu”, “Mendeley” kimi elmi şəbəkə resurslarında qeydiyyatdan keçmək və işləmək proseduru ətraflı təsvir olunur. Dördüncü fəsil elmi tədqiqatçılara elmi mənbə kimi xidmət göstərən, eləcə də məqalələrini çap edə bilmələri üçün uyğun jurnal seçməyə kömək edən bəzi xülasələndirmə bazalarına həsr olunub.  Bu fəsildə müxtəlif elm sahələrində nüfuzlu “ERIH PLUS”,  “PubMed”, “MathSciNet”,  “Chemical Abstracts Service”, “zbMATH Open”,  “EconLit”, “GeoRef” və “Index Copernicus” kimi xülasələndirmə bazalarının iş prinsiplərindən  ətraflı bəhs edilir.  Beşinci fəsildə elmi məqalələrin strukturuna qoyulan tələblər, jurnal seçimi və məqalələrin jurnala təqdim olunması prosesi təsvir olunur. Bundan başqa tədqiqat nəticələrinin elmi ictimaiyyətdə təbliğini şərtləndirən əsas amillər qeyd olunur. 

Təqdim olunan dərs vəsaiti magistrant, doktorant və elmi tədqiqatçılara elmi nəticələrini müasir səviyyədə tərtib etmək, elmmetrik bazalardan istifadə etməklə yüksək reytinqli jurnallarda çap olunmaq, elmi profillər yaratmaq və inkişaf etdirmək, son nəticədə öz elmi göstəricilərini yaxşılaşdırmaq istiqamətində qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa kömək edəcək.

Zahid Məmmədov, 
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, 
Rusiya Elmi Redaktorlar və Nəşriyyatçılar Assosiasiyasının üzvü

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.