Bütün xəbərlər
30 oktyabr, 10:40

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən "Kiber yay məktəbi" ("Cyber Summer School") layihəsi "OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024" ("OIC-CERT Global Cybersecurity Award 2024") qalibi seçilib. Layihə “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında təqdim edilən mükafata layiq görülüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, "OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024" İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT komandalarının birliyi olan OIC-CERT təşkilatı tərəfindən kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi məqsədilə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, AKTA 2023-cü ildən etibarən həm də OIC-CERT təşkilatının üzvüdür.

"OIC CERT Qlobal Kibertəhlükəsizlik Mükafatının" qalibi dünyanın müxtəlif ölkələrindən təqdim edilmiş kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə töhfə verən innovativ kibertəhlükəsizlik layihələrinin sırasından seçilir. Mükafatın əldə edilməsi üçün müsabiqədə müxtəlif ölkələrdən olan dövlət qurumları, beynəlxalq və regional təşkilatlar, özəl sektor subyektləri, habelə vətəndaş cəmiyyəti və akademik institutlar iştirak edir.

Bu il müsabiqəyə təqdim edilən layihələr "konsept və dizayn", "ekosistemin inkişafına etdiyi müsbət təsirlər",  "cəmiyyət və ekosistem üçün dəyər" və "icra effektivliyi" meyarları üzrə qiymətləndirilib.

Mükafata layiq görülən "Kiber yay məktəbi" ("Cyber Summer School") 2021-ci ildən etibarən icra edilir. Layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

1 /1

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.