Bütün xəbərlər
30 oktyabr, 12:19

Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə  həsr olunmuş qiraət müsabiqəsi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, filologiya fakültəsi üzrə TGT sədri Hümbət Bədəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət olduğunu bildirib. O qeyd edib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illik yubileyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub. Dahi şairin lirikasını öyrənmək tələbə-gənclərin mənəvi inkişafı baxımından əvəzsiz töhfədir.

Daha sonra iştirakçılara müsabiqənin şərtləri ilə bağlı məlumat verilib.

Ümumilikdə 14 nəfərin iştirak etdiyi qiraət müsabiqəsində Kəmaləddin Hüseynov I, Validə Bayramlı II, Fidan Sadıqova III yerə layiq görülüblər.

BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu tələbələrin çıxışları ilə bağlı təəssüratlarını bölüşüb, gənclərə öz tövsiyələrini veriblər.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.