Bütün xəbərlər
30 oktyabr, 14:55

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının qabaqcıl universitetlərində işgüzar səfərdə olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə billdirilib ki, nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.

Səfərdə əsas məqsəd AzTU-nun Özbəkistanın beynəlxalq reytinqlərdə, xüsusilə “Quacquarelli Symonds” (QS), habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetləri ilə əməkdaşlıqlarının genişləndirilməsi, tədqiqat və təhsil layihələrinin yerinə yetirilməsi sahəsində birgə fəaliyyət platformalarının qurulmasından ibarət olub.

Rektor Vilayət Vəliyev Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Milli Universiteti, Daşkənd Turin Politexnik Universiteti, Milli Tədqiqat İnstitutu, Daşkənd Kənd Təsərrüfatı İrriqasiya və Mexanizasiya Mühəndisləri İnstitutu, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Daşkənd İnha Universiteti, Kimya Texnologiya İnstitutu, Yeni Əsr Universitetinin rektorları və rəhbər heyəti ilə görüşüb.

Görüşlər zamanı AzTU barədə geniş təqdimatla çıxış edən rektor ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, ikili diplom və elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Tərəflər hər bir universitetin xüsusiyyətlərinə uyğun gələcək fəaliyyətlər üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Özbəkistan tərəfdən universitetlərin rektorları AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiribər.

Səfər çərçivəsində Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Milli Universiteti, Daşkənd Turin Politexnik Universiteti ilə AzTU arasında anlaşma memorandumları imzalanıb. Tərəflər iki və çoxtərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.

1 /8

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.