Bütün xəbərlər
30 oktyabr, 17:48

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəb şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində seçilmiş məktəblərdə “Sahibkarlıq” fənni tədris edilir.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə çərçivəsində ekspertlər tərəfindən “Sahibkarlıq” dərsliyi hazırlanıb. Bu dərslik ölkənin ümumi təhsil sistemində sahibkarlıq bacarıqlarının tədrisinə yeni yanaşmalar gətirməklə, təhsilin keyfiyyətinin artırılmasına və yenilikçi məktəb modellərinin qurulmasına yönəlib.

Dərslik VII sinif şagirdlərinə sahibkarlığın əsaslarını öyrətmək məqsədi ilə hazırlanıb və “spiralvari öyrənmə modeli” əsasında qurulub. Bu yanaşma şagirdlərə hər il öyrəndikləri mövzuları daha dərindən araşdırmaq imkanı verir. Tədris proqramı kreativ düşüncə, sosial bacarıqlar, maliyyə savadlılığı və məhsul dizaynı kimi mövzuları əhatə edərək şagirdləri gələcəkdə uğurlu sahibkar kimi yetişdirməyi hədəfləyir.

Qeyd edək ki, tədris ilinin əvvəlində “Sahibkarlıq” fənninin tədrisi üçün seçilmiş müəllimlər təlimləndirilmiş və onlara dərsliyin istifadəsi ilə bağlı detallı məlumatlar verilib. Hal-hazırda “Sahibkarlıq” fənni “İnnovativ Məktəb” layihəsi çərçivəsində VII və VIII siniflərdə tədris olunur.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.