Bütün xəbərlər
31 oktyabr, 13:43

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” adlı ekoloji forum keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, forum çərçivəsində könüllülərin əl işlərindən ibarət sərgilər və könüllülük fəaliyyətlərini əks etdirən müxtəlif təşkilatların nümayişləri təşkil olunub. Bu sərgilərdə könüllülərin yaratdığı ekoloji və təbiət mövzusunda sənət əsərləri, təkrar emal materiallarından hazırlanmış əl işləri və ekoloji maarifləndirməyə töhfə verən innovativ layihələr təqdim edilib. Tədbirdə yerli təşkilatlar və könüllülük fəaliyyəti sahəsində çalışan qurumlar fəaliyyətlərini nümayiş etdiriblər. Bu da ziyarətçilərə ekoloji sahədəki könüllülük təşəbbüsləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov forumda çıxış edərək, şəhərdə ekoloji tarazlığı təmin etmək və ətraf mühitin qorunmasına dəstək vermək üçün 15 minə yaxın ağacın əkildiyini bildirib. O, həmçinin şəhərdə ekoloji maarifləndirmənin gücləndirilməsi və yaşıl sahələrin artırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb.

“Yaşıl ASAN” ekoloji proqramının rəhbəri Rza Mirzəzadə proqram çərçivəsində kağız tullantılarının təkrar emalı üzrə həyata keçirilən layihələrdən danışaraq, 2 min ton kağız tullantısının yenidən emala yönəldildiyini qeyd edib. Bildirib ki, “Yaşıl ASAN” proqramı gələcəkdə də ekoloji layihələrə dəstək verərək, təkrar emal və tullantıların düzgün idarə edilməsi istiqamətində fəaliyyətlərini genişləndirəcək.

Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov, Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov da çıxış edərək, mövzu ilə əlaqədar fikirlərini səsləndiriblər.

Forum sonra məruzələrlə və panel müzakirələri ilə davam edib.

Sonda sual-cavab sessiyası olub, ekoloji problemlərin həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.