Bütün xəbərlər
31 oktyabr, 15:11

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Z.Bağırovanın “Bəzən bir ümid...” adlı fərdi sərgisi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, sərgidə rəssamın 60-a yaxın rəngkarlıq, qrafika, batika və miniatür əsərləri yer alıb. Müxtəlif növ və janrlarda işləyən rəssamın yaradıcılığında lirik simvolizm, lirik dekorativizm üslubları səciyyəvidir.

Tədbirdə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xalq rəssamı Xanlar Əhmədov, Xalq artisti Təranə Muradova, Yunus Əmrə İnstitutunun Bakı Nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç və digər rəsmi qonaqlar, ziyalılar, sənət adamları iştirak ediblər. 

Səkinə Z.Bağırova sərgidə nümayiş olunan işlərin şəxsi yaradıcılıq yolunun bir növ xronikası olduğunu vurğulayıb, sərginin təşkilində əməyi keçən hər kəsə, təşəkkürünü bildirib.

Sərgidən sonra, Xalq artisti Fidan Hacıyeva və əməkdar artist Fərid Əliyevin, o cümlədən “Metzo” orkestrinin ifasında klassik musiqi proqramı təqdim olunub.

Tədbir iştirakçılarını həm sənətin, həm də musiqinin ecazkar harmoniyası əhatə edib. 

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Səkinə Z.Bağırova 2008-ci ildən Dünya Xalq Yaradıcılıq Təşkilatının (International Organization of Folk Art) (IOV) və 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Rəssamın mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünyanın bir sıra sərgi salonlarında nümayiş olunmuş və ABŞ, Fransa, Almaniya, Ukrayna, Rusiya, Özbəkistan, Flippin, Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarında saxlanılmaqdadır. Onun əsərləri rəngarəngliyi ilə səciyyələnir.

Səkinə Bağırova bir sıra konfransların iştirakçısı olmuş, ölkəmizdə, o cümlədən xaricdə nəşr olunan 30-a yaxın elmi-publisistik məqalənin müəllifidir. 2014-cü ildə Rus Dram Teatrında dövlət sifarişi əsasında tamaşaya qoyulan "В хрустальном дворце" tamaşasının və bir sıra qısametrajlı filmlərin rəssamıdır. Səkinə Z.Bağırova həmçinin bir sıra ölkələrdə  beynəlxalq sərgi və forumların iştirakçısıdır.

28 oktyabr 2024-cü il tarixində Fidan Hacıyeva Vokal Musiqi Məktəbində (Şəmsi Bədəlbəyli 106) açılışı baş tutan Səkinə Z.Bağırovanın “Bəzən bir ümid...” adlı fərdi sərgisi 8 noyabr tarixinədək davam edəcəkdir.

1 /8

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.