Bütün xəbərlər
31 oktyabr, 18:08

OECD-nin təhsil mütəxəssisləri Francesco Avvisati və Selin Wuyts tərəfindən PISA-da Sosial-iqtisadi vəziyyətin ölçüsü hesabatı hazırlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun oktyabr ayı üçün Təhsil icmalında hesabat barədə məlumat verilir. Qeyd olunur ki, hesabat Beynəlxalq Şagirdlərin Qiymətləndirilməsi Proqramında (PISA) sosial-iqtisadi statusun (SES) ölçülməsinin təkamülünü ətraflı şəkildə təhlil edir. Hesabatda ölkələrarası müqayisələrin dəqiqliyini, qənaətcilliyini və trendin davamlılığını təmin etmək məqsədilə SES ölçmələrinin müntəzəm olaraq uyğunlaşdırılmasının vacibliyi vurğulanır.

Hesabat PISA kontekstində SES-in ölçülməsinin mürəkkəbliyini ön plana çıxarır. Bu kontekstdə, ölkələr üzrə SES-in təhlili valideynlərin təhsili, məşğuliyyəti və ev təsərrüfatları ilə bağlı hesabatlarının etibarlılığının qorunması vacibliyi vurğulanır. Həmçinin milli, mədəni kontekstlərdəki fərqləri nəzərə alaraq, etibarlı və müqayisə edilə bilən SES məlumatlarının əldə edilməsində baş verən əsas çətinliklər təqdim olunur.

Həmçinin PISA-nın SES-in ölçülməsi metodlarına son onillikdə edilən dəyişikliklərin müzakirəsi də hesabatda öz əksini tapır. Bununla yanaşı, valideynlərin təhsili, məşğuliyyəti, ev təsərrüfatları indekslərinin təkamülü və yeni dəyişənlər haqqında müzakirələr aparılır.

Hesabatda bildirlir ki, PISA 2022-də sualların ardıcıllığı dəyişdirilib. Belə ki, ev təsərrüfatları ilə bağlı suallar, valideynlərin təhsili və məşğuliyyəti ilə bağlı suallardan əvvəl verilmişdir. Bu dəyişikliklərin şagirdlərdən daha rahat məlumat toplamaq məqsədilə edildiyi qeyd edilir.
Bundan əlavə, 2022-ci ildən etibarən ərzaq təhlükəsizliyi, subyektiv sosial-iqtisadi vəziyyət və ev təsərrüfatlarının tərkibi ilə bağlı sualların əlavə edilməsi, şagirdlərin həyat şəraitinin daha yaxşı başa düşülməsinə olan marağın artdığını nümayiş etdirir.

Hesabatın əsas hissəsi, PISA-nın son dövrlərində (2015-2022) SES tendensiyalarının qiymətləndirilməsinə yönəlib. Bu tendensiyaların həqiqi sosial dəyişiklikləri əks etdirib-etdirmədiyi hesabatda müzakirə edilir: Aparılan təhlillər valideynlərin peşə və təhsil səviyyələrində ümumi artımını xüsusi qeyd edir ki, bu da ali təhsilin və peşəkar məşğulluğun artması ilə bağlı daha geniş sosial tendensiyalara uyğundur. Lakin bəzi ölkələrdə, məsələn, Böyük Britaniya və Almaniya, valideyn peşəsi hesabatları üçün məlumat boşluqlarının artması məlumatların qorunması prosesindən irəli gəldiyini vurğulayır.

Hesabatda ev təsərrüfatlarına sahiblik indeksindəki azalma əsasən evlərdə kitabların sayının azalması ilə izah edilir. Texnoloji irəliləyişlərin bəzi elementləri daha əlçatan, digərlərini isə az əhəmiyyətli hala gətirdiyi üçün bu, zamanla indeksin müqayisəyə yararlılığına dair narahatlığa səbəb olur.
Hesabatın həmçinin valideyn hesabatları ilə müqayisədə sosial-iqtisadi statusun (SES) ölçülməsinin komponentləri üzrə şagirdlər tərəfindən bildirilən məlumatların etibarlılığını araşdırır. Müəlliflər, şagirdlərin valideynlərinin peşəsi və təhsili ilə bağlı verdikləri hesabatların düzgünlüyünü qiymətləndirmək üçün eksperimentlər aparıblar.

Qeyd olunur ki, şagird və valideyn hesabatları arasında əhəmiyyətli uyğunsuzluqlar müəyyən edilir. Belə ki, şagirdlər tez-tez valideynlərinin təhsil səviyyələrini həddən artıq qiymətləndirir və öz peşə statuslarını az bildirirlər. Bu qeyri-dəqiqliklər, şagirdlərin valideynlərin demoqrafik məlumatları haqqında məhdud bilikləri ilə əlaqələndirilir.

Bununla yanaşı, ərzaq təhlükəsizliyi, subyektiv sosial-iqtisadi status və ev təsərrüfatlarının tərkibi kimi yeni dəyişənlərin daxil edilməsi, PISA-nın şagirdlərin sosial-iqtisadi mühitləri haqqında daha dolğun mənzərəni diqqətə çəkmək üçün davamlı səylərini nümayiş etdirir. Bu dəyişənlər, SES-in təhlilinə dərinlik qataraq, tədqiqatçılara şagirdlərin ailələrinin maddi sərvətini və sosial mövqelərini necə qəbul etdiklərini, eləcə də əsas ehtiyaclarının ödənilməsi məsələlərini nəzərə almağa imkan verir.

Nəticə

Bu hesabat PISA-da sosial-iqtisadi statusun ölçülməsindəki çətinliklərin, irəliləyişlərin hərtərəfli və yaxşı tədqiq edilmiş icmalını təqdim edir. O, milli qiymətləndirmələrlə bağlı mürəkkəbliyi, SES ölçülməsində dəqiqliyi, etibarlılığı və uyğunluğu qorumaq üçün davamlı təkmilləşdirmələrin zəruriliyini vurğulayır. Yeni dəyişənlərin, eksperimental yanaşmaların daxil edilməsi, İƏİT-nin cəmiyyətdəki dəyişikliklərə və yaranan tədqiqat ehtiyaclarına cavab olaraq öz metodologiyasını təkmilləşdirməyə sadiq olduğunu göstərir. Eyni zamanda, hesabat, xüsusilə valideyn peşəsi və təhsili sahələrində şagird tərəfindən bildirilən məlumatlara etibar etməyin məhdudiyyətlərini də vurğulayır.

Mənbə: Avvisati, F. and C. Wuyts (2024), "The Measurement of Socio-economic Status in PISA", OECD Education Working Papers, No. 321, OECD Publishing, Paris, https://doi.org/10.1787/0c5b793c-en.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.