4 dekabr 2024

Bütün xəbərlər
test
10 noyabr, 19:29
220

Ölkəmizdə “yaşıl” iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər və onun uğurlu nəticələri COP29-un “yaşıl” gündəliyində duran məsələlərlə həmahəngdir və bu sahədə Azərbaycanın malik olduğu potensial və tarixi təcrübə bütün ölkələrə örnək göstərilə bilər.

Azərbaycanın  “yaşıl dünya” gündəmində “yaşıl iqtisadiyyat” 

Məlumdur ki, Azərbaycan özünün qədim tarixi, adət-ənənələri, birgə yaşayış norma və qaydaları, milli-mənəvi dəyərləri, yerləşdiyi coğrafi və strateji mövqeyi ilə sivilizasiyaların qovuşduğı bir məkan kimi daim diqqət mərkəzində olub.   

Regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən Azərbaycanın iqtisadi qüdrəti və fəal xarici siyasəti ölkəmizin çoxtərəfli formatlarda aparıcı mövqeyini möhkəmləndirib. Böyük transmilli layihələrin təşəbbüskarı olan Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi töhfələr verir.         

Azərbaycanın növbəti təşəbbüslərindən biri də bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Belə bir mötəbər tədbirin ölkəmizdə təşkili Azərbaycanın COP kimi dünyamiqyaslı hərəkatın ilk sırasında dayandığını bir daha bütün beynəlxalq birliyə çatdıran əhəmiyyətli siyası mesajdır. 

Prezident İlham Əliyev 15 dekabr 2023-cü ildə keçirdiyi müşavirədə mötəbər tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin bütün dünyada nüfuzunun güclənməsi ilə izah edib: “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”.

COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçiriləcəyini də qeyd edən ölkə başçısı əlavə edib ki, “bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz “yaşıl” enerji ilə bağlıdır. “Yaşıl” enerji növlərinin yaradılması və “yaşıl” enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. 

Azərbaycanın COP29  gündəmi 

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Hələ 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. COP tədbirlərinin məqsədi  Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsət kimi dəyərləndirilir. 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu sahədə qlobal təşəbbüslərə ölkəmizin verdiyi töhfədir.  

Qeyd edək ki,  “yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və ölkə başçısı tərəfindən imzalanmış sənəd  bu istiqamətdə təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyır.  Bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.  Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. 

Ölkə başçısı Azərbaycanın “yaşıl dünya” naminə gündəmini belə izah edib: “Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır”.

Azərbaycan davamlı inkişaf məqsədlərini daim diqqət mərkəzində saxlayır. Ölkəmiz bu sahədə qlobal təşəbbüsləri dəstəkləyən və təbliğ edən ölkələrdən biridir və bu baxımdan, COP29-a ev sahibliyi etməsi ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər.

“Yaşıl dünya” naminə “yaşıl iqtisadiyyat” 

Ölkəmizdə “yaşıl” iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər və onun uğurlu nəticələri COP29-un “yaşıl” gündəliyində duran məsələlərlə həmahəngdir və bu sahədə Azərbaycanın malik olduğu potensial və tarixi təcrübə bütün ölkələrə  örnək göstərilə bilər.

Hazırda bütün dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. “Yaşıl enerji”yə keçid “yaşıl iqtisadiyyat” qarşısında duran mühüm vəzifələrdən başlıcasıdır. Bu keçid  ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı “yaşıl enerji” keçidini sürətləndirməkdədir. Dünyada ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi Paris Sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin icrasına da töhfəsini verir. 

Bu gün qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Hazırda Azərbaycanda elektrik enerjisi yalnız ekoloji cəhətdən təmiz mənbələrdən – təbii qaz, su, günəş və küləkdən istehsal olunur. 

Azərbaycan yaşıl enerji ekosisteminin inkişafında maraqlı ölkədir. Bu gün ölkəmiz Avropaya digər enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl” enerji təchizatçısına çevrilməyi planlaşdırır. 

Bu məqsədə çatmaq üçün aşağıdakı təklilflər verilə bilər: 

- Külək elektrik stansiyalarının tikilməsi ölkəmiz üçün yei imkanlar yarada bilər.  Bu, Azərbaycana 200 və ya 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. 

- Azərbaycanda həm günəş, həm də külək enerjisinin istehsalı üçün coğrafi olaraq çox gözəl təbii şərait var. Hesab edirik ki, Azərbaycanda alternativ enerji istehsalı  həcmini artırmaq üçün hidroelektrik stansiyaların tikilməsi mühüm əhəmiyyət daşıyır. 

- Ölkədə karbon tullantılarının azaldılması üzrə müasir “ağıllı  texnoloji” həllər ən kəskin ekoloji problemləri aradan qaldıra bilər. Bu, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, şəhər tullantılarının emalında xərclərin aşağı salınmasına, “yaşıl” texnologiyaların tətbiqi ilə dairəvi iqtisadiyyatın dəstəklənməsinə, tullantıların innovativ və davamlı emalına töhfə verə bilər. 

Hesab edirik ki, atmosfer havasının mühafizəsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, torpaqların deqradasiyasının qarşısının alınması, mövcud yaşıllıqların mühafizəsi və yeni yaşıllıq sahələrinin salınması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, biomüxtəlifliyin qorunması  “yaşıl” iqtisadiyyat  siyasəti sahəsində mühüm istiqamətlərdir. 

Niyə “yaşıl” iqtisadiyyat?  

Məlum olduğu kimi, dünya qloballaşdıqca iqtisadiyyat qarşısında duran vəzifələr də qlobal xarakter almağa başlayır.Bu, özünü, ilk növbədə, “yaşıl” iqtisadiyyatın məzmun və inkişaf konseptində göstərir. “Yaşıl” iqtisadiyyat resurslara məsuliyyətlə yanaşmağı nəzərdə tutan iqtisadi inkişaf modelidir. Bu model  iqtisadi artım və təbii ehtiyatların qorunması arasında düzgün  kompromislərin axtarılıb tapılmasına yönəlib. “Yaşıl” iqtisadiyyat bir tərəfdən əsas qlobal ekoloji problemlərin həllinə, digər tərəfdən isə insanların rifahının yaxşılaşdırılmasına, məhsuldarlığın və istehsalın səmərəliliyinin artırılmasına yönəlmiş iqtisadiyyat kimi başa düşülməlidir . 

Digər tərəfdən, “yaşıl” iqtisadiyyatda məşğulluq və gəlir artımı karbon emissiyalarını və çirklənməni azaldan, enerji və resurs səmərəliliyini yaxşılaşdıran, biomüxtəliflik və ekosistem xidmətlərinin itirilməsinin qarşısını alan iqtisadi fəaliyyətlərə, infrastruktura və aktivlərə dövlət və özəl investisiyalar hesabına təmin edilir.

"Yaşıl" iqtisadiyyat son 20 ildə ortaya çıxan yeni konsepsiyalardan biri olaraq  müxtəlif ölkələr və ərazilər üçün eyni vaxtda sosial, iqtisadi və ekoloji hədəflərə çatmağı təmin etmək üçün hazırlanmış davamlı inkişaf konsepsiyası ilə sıx bağlıdır. Bununla birlikdə, Davamlı İnkişaf Konsepsiyasından fərqli olaraq, "yaşıl" iqtisadiyyatda ətraf mühitin qorunması strategiyalarına zidd olmayan iqtisadi böyüməyə aksent edilir. “Yaşıl”  iqtisadiyyat ideyası son 10 il ərzində ekoloji cəhətdən təmiz sənaye əməliyyatlarından istifadə etməklə yoxsulluğu azaltmaq və uzunmüddətli artımı təşviq etmək məqsədi daşıyan siyasətin çərçivəsi kimi yaranıb. Proqnozlara görə, 2030-cu ilə qədər təqribən 25 milyon insanın dolanışıq vasitələrinin “yaşıl”  iqtisadiyyatdan asılı olacağı gözlənilir

“Yaşıl” iqtisadiyyat termini ilk dəfə 1989-cu ildə elmi dövriyyəyə daxil edilib. Hazırda  "yaşıl" iqtisadiyyatla əlaqəli anlayış və prinsiplərin xüsusiyyətlərini sistemləşdirmədən və ümumiləşdirmədən bu konsepsiyanın mahiyyətini anlamaq çətindir. Ümumiyyətlə, “yaşıl” iqtisadiyyat yeni iş yerləri yaradan texnologiya və yeniliklərdən istifadə etməklə əhalinin resurs səmərəliliyinin və rifahının yüksəldilməsi, eyni zamanda uzunmüddətli ekoloji riskləri azaltmaq üçün dinamik prosesə aiddir.

Məhz bu baxımdan “yaşıl” iqtisadiyyat gündəliyi bütün ölkələr üçün eyni dərəcədə əhəmiyyətli və aktualdır. 

Xəbər lenti

4 dekabr, 15:55
5

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
5

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
9

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
7

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
7

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

4 dekabr, 14:30
8

Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb

4 dekabr, 14:12
83

4 fənnin kurikulumu təsdiqlənib

4 dekabr, 14:03
41

Azərbaycanda “avtobus-bağça"lar fəaliyyətə başlayacaq

4 dekabr, 13:59
15

“Praktik riyaziyyat” adlı yeni metodik vəsait nəşr olunub

4 dekabr, 13:43
15

Məktəblilərin fiziki fəallığı artırılır – Yeni layihə

4 dekabr, 12:59
10

Divar üzərində maraqlı rəsmlər çəkən məktəbli 

4 dekabr, 12:47
43

Bəzi kolleclərdə nöqsanlar aşkarlandı, rəhbərlərinə töhmət verildi

4 dekabr, 12:45
27

Emin Əmrullayev: Məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq

4 dekabr, 12:38
12

“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 12:34
28

Nazir: Əhali sıxlığı yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq edilə bilər

4 dekabr, 12:12
14

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
26

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
13

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
26

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
33

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.