Bütün xəbərlər
14 noyabr, 09:54

İqlim savadlılığının artırılması üçün ən yaxşı məkan məktəblər, ən yaxşı “kanallar” isə müəllimlərdir

Dünyada iqlim dəyişikliyi səbəbindən getdikcə intensivləşən fəlakətlər – daşqınlar, quraqlıqlar, meşə yanğınları, güclü istilər və s. ölkələrdə müxtəlif sahələrə böyük zərər vurmaqla yanaşı, məktəblərdə dərs prosesinin də pozulmasına səbəb olur. Lakin əsas problem bu ekstremal hava hadisələrinin təhsilin nəticələrinə bundan sonra da mənfi təsir göstərməyə davam edəcəyi ilə bağlı verilən proqnozların reallaşma ehtimalının artmasıdır.

Qlobal dəyişiklik 40 milyon uşağın təhsilinə təsir göstərir

Böyük Britaniya hökumətinin 2023-cü ildə açıqladığı hesabata görə, ekstremal hava hadisələrinin tezliyinin artması hər il, əsasən, aşağı və aşağı-orta gəlirli ölkələrdə 40 milyon uşağın təhsilinə təsir göstərir. Buna görə də iqlim böhranı və təhsilin təcrid olunmuş şəkildə, ayrı-ayrılıqda nəzərdən keçirilməsi düzgün deyil. 

Bu məsələdə təhsilin gücündən istifadə etmək həssas icmalara iqlimin pozulmasının və biomüxtəlifliyin itirilməsinin ən pis təsirlərinə uyğunlaşmaq və potensial təhlükələrə qarşı dayanıqlılığı artırmaq imkanı verə bilər.

İqlim və ətraf mühit dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün fərdlərin səlahiyyətləndirilməsi həm də yoxsulluğun azaldılması və iqtisadi rifahın yüksəldilməsi imkanlarını təmin edər.

İqlim böhranı zamanı təhsilin “qorunması” üçün uğurun əldə edilməsi üç amildən asılıdır ki, bunun birincisi iqlim böhranı maliyyəsinin daha çox payının təhsilə investisiya edilməsidir. İkinci yol iqlim böhranı müzakirələri və siyasət qərarların verilməsi zamanı təhsilin profilini yüksəltmək üçün təcrübələrdən istifadə etmək, üçüncü yol isə qarşılıqlı öyrənməni artırmaq üçün təhsil və iqlim tərəfdaşları arasında strateji koalisiya qurmaqdır.

Müəllimlərdə bilik çatışmazlığı var: Əksəriyyətinin iqlim dəyişikliyi ilə bağlı kifayət qədər məlumatı yoxdur

Bəziləri uşaqların kiçik yaşlarından iqlim dəyişikliyi üzrə məlumatlandırılmasını lazımsız hesab etsə də, getdikcə artan fəlakətlər şagirdlərin bu mövzunu elə həmin dövrlərdən mənimsəməyə başlamalarını zəruri edir. Nəzərə almaq lazımdır ki, müasir texnoloji imkanlar nəinki böyüklərin, eləcə də uşaqların dünyanın istənilən bölgəsində baş verən fəlakətlərin real nəticələrini izləməyə imkan verir. Məlumatların yayılması üçün açıq mühitin formalaşdığı hazırkı internet dövründə uşaqların bu proseslərlə kiçik ikən maraqlanması, onların baş vermə səbəblərini öyrənmə istəyinin artması, eyni zamanda, yaşadıqları ölkədə proseslərin mənfi təsirləri ilə rastlaşması bunu deməyə əsas verir ki, iqlim mövzularının təhsil müəssisələrində uşaqlara elə kiçik yaşlarından öyrədilməsi gələcək nəslin qlobal problemə töhfə verə bilmə imkanlarını artırar. 

Bu baxımdan müasir dünyada məktəblər iqlim savadlılığının artırılması üçün ən yaxşı məkan, müəllimlər isə şagirdlərə dəqiq məlumatları ötürə bilən, onları iqlim dəyişikliyinin gözlənilən təsirlərinə əsaslı fikirləri ilə inandıra bilən ən səmərəli “kanallar” sayılır. Lakin bunun üçün müəllimlər də öyrədici şəxslər olaraq, dolğun məlumatlara malik olmalıdırlar. Görünən isə odur ki, əksər müəllimlər iqlim dəyişikliyi problemi ilə bağlı əhəmiyyətli biliklərə malik deyillər, bu sahədə onlarda bilik çatışmazlığı var, bu çatışmazlığı aradan qaldırmaq üçün isə təlimlərdə iştirak etmirlər və ya etsələr belə, bunun səmərəsi az olur.

İqlim dəyişikliyinin təsirlərinin məktəblərdə öyrədilməsi “çox vacib” hesab edilib

Sadalanan problemlərin mövcudluğunu təxminən iki il əvvəl ABŞ-də keçirilmiş sorğu da təsdiqləyib. 700 müəllim, 100 təhsil idarəçisi arasında keçirilmiş sorğunun iştirakçılarının 80 faizi iqlim dəyişikliyinin, onun planetə, cəmiyyətə təsirlərinin məktəblərdə öyrədilməsini “çox vacib” hesab edib.  Müəllimlərin yarıdan çoxu iqlim dəyişikliyinin təhsilalanların özləri tərəfindən gündəmə gətirildiyini, 46 faizi isə şagirdlərinin bu mövzudan narahat olduğunu bildirib.
Sorğuya görə, müəllimlər şagirdlərinə iqlim dəyişikliyi haqqında öyrətmək istəyirlər, lakin bunu etmək üçün lazımi təchizata malik deyillər.  

İqlim dəyişikliyi üzrə tədrisin məktəblərdə prioritet məsələyə çevrilməməsinin əsas səbəbləri də araşdırılıb. Sorğuda iştirak edənlərin cavablarından belə nəticəyə gəlinib ki, müəllimlər iqlim dəyişikliyi ilə bağlı öyrətmə qabiliyyətlərinin olduğuna əmin deyillər. Müəllimlərin 18 faizi iqlim dəyişikliyini elmi baxımdan izah edə bilmədiyindən, şagirdləri ilə bu mövzu üzrə müzakirələr apara bilmədiklərini etiraf ediblər. Təhsilverənlərin 9 faizi şagirdlərinin bunu öyrənmək üçün çox erkən yaşda olduğunu düşünüb.

Müəllimlərin iqlim dəyişikliyi probleminin həllinə töhfə verə biləcəklərinə dair inamsızlığı onların hazırlıq çatışmazlığından qaynaqlana bilər. Sorğu müəyyən edib ki, müəllimlərin təxminən dörddə üçü iqlim dəyişikliyi mövzularının öyrədilməsi ilə bağlı heç vaxt peşəkar təlim keçməyib və ya təhsil almayıb.

Təsirli yollardan biri müəllimləri tədqiqatlara cəlb etməkdir

Hesab edilir ki, təlimlərdə iştirak etməklə yanaşı, müəllimlərin iqlim dəyişikliyi üzrə biliklərinin artırılması üçün ən təsirli yollardan biri onları elmi yönümlü tədqiqatlara cəlb etməkdir. Tədqiqatların səmərəli nəticəsi – müəllimlərin iqlim dəyişikliyinə töhfə verə bilmək bacarıqlarının ortaya çıxması onlarda özünəinamı artırar, bu istiqamət üzrə biliklərini daha da təkmilləşdirməyə motivasiya verə bilər.

Lakin müəllimlərin təkmilləşdirilməsi təhsil sisteminin iqlim dəyişikliyinin təsirlərinin azaldılması ilə bağlı ortaya çıxan əsas problem və ya əsas çıxış yolu deyil. Bu sahədə gözlənilən məsələlərdən biri tədris proqramlarının yenilənməsi, kurikulumlara yeni istiqamətlərin əlavə edilməsidir. Hazırda müəllimlər şagirdlərə iqlim dəyişiklikləri ilə bağlı mövzuları yalnız tədris proqramlarına uyğun tədris edirlər ki, bu da mövcud reallıq üçün yetərli səviyyədə deyil. Bəzi mütəxəssislər bunu hətta təhsildə iqlim mövzüsunun daha da önə çıxarılmasına maneə yaradan əsas amillərddən biri kimi görürlər. Bu baxımdan tədris proqramlarında qeyd edilən istiqamətlərin inkişaf etdirilməsi, iqlim mövzuları üzrə tədris saatlarının artırılması olduqca vacibdir. 

Sadalanan bu problemlər bu gün nəinki inkişaf etməkdə, hətta inkişaf etmiş ölkələrdə də mövcuddur. 

Ölkələr tədris proqramlarında iqlim mövzusuna yetərli qədər yer ayırmamaqla yanaşı, müəllimlərini kifayət qədər yüksək keyfiyyətli, müvafiq resurslarla da lazımınca təmin etmirlər. İqlim dəyişikliyi ilə bağlı tədris materiallarının hazırlanması və geniş istifadəsi effektiv tədrisin təşkilini dəstəkləyə bilər.

Müəllim və şagirdlər birlikdə proqramlar icra edə bilərlər

İqlim mövzusu dərs zamanı tədris edilməklə yanaşı, məktəblərdə yaradılan dərnəklərin fəaliyyətinin də əsas istiqamətinə çevrilə bilər. Müəllimlər ekoloji dərnəklərin və onlara cəlb edilən şagirdlərin sayının artırılması təşəbbüsündə daha fəal iştirak edərək təhsilalanların iqlim mövzusunu daim diqqətdə saxlamasını təmin edərlər. 

Təhsil sisteminin iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına verdiyi dəstək formalarından biri müəyyən proqramların icrası ola bilər. Məsələn, məktəblər iqlim dəyişikliklərinin təbiətə real təsirlərini öyrənmək üçün təhsilalanların iştirakı, müəyyən qurumların dəstəyi ilə qısa və uzunmüddətli ekoloji proqramlar həyata keçirə bilərlər ki, bu proqramlar vasitəsilə şagirdlər həm fərd olaraq, iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verər, bu məsələnin həllinin onlardan da asılı olduğunu dərk edər, həm də onlarda təbiətə sevgi hissi güclənər.

Digər tərəfdən, belə proqramlar şagird və müəllimləri elmi istiqamətlər üzrə ilkin aradırmalara başlamağa həvəsləndirər, onların elmi sahəyə yönəldilməsində rol oynaya bilər.

Şərhlər

Xəbər lenti

19 aprel, 15:27

Naxçıvanda Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.