Bütün xəbərlər
14 noyabr, 16:25

Ümumi təhsil müəssisələrində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində davam edən metodistlik fəaliyyəti əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilir. Bununla əlaqədar 2024-cü ilin noyabr ayında ümumi təhsil müəssisələrində növbəti fəaliyyət olaraq metodik görüşlər təşkil edilib. Görüşlər ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər və pedaqoji heyətin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, metodik görüşün əsas məqsədi müəllimlərin peşəkar inkişafının yüksəldilməsi istiqamətində onlar üçün səmərəli dəstəkləyici və öyrədici mühitin yaradılması və onların əməkdaşlığının təmin olunması, müəyyənləşdirilmiş təlim ehtiyaclarının təhlili və bu istiqamətdə müzakirələrin aparılması, əks-əlaqənin yaradılması nəticəsində fəaliyyətlərinin dəyərləndirilməsidir. Metodiki görüşlərdə müəllimlərlə tədris prosesində yeni metodların tətbiqi, ibtidai təhsildə müəllimlərin peşəkar inkişafı və müasir yanaşmaların tətbiqi və s. mövzulara dair müzakirələr aparılıb, həmin mövzularla bağlı metodistlər tərəfindən tövsiyələr verilib.

Qeyd edək ki, metodiki görüşlərin müzakirə mövzuları müşahidə olunan dərslərin nəticələrinə əsasən müəyyən edilir. Müəllimlər həyata keçirilən bu kimi fəaliyyətlər istiqamətində yüksək motivasiya ilə əməkdaşlıq edir, bu da onların fəaliyyətində özlərinə inamın yüksəlməsinə səbəb olur.

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər ümumi təhsil müəssisələrinin inkişafına və şagirdlərin gələcəyinə töhfələrini verməkdədir.

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.