Bütün xəbərlər
18 noyabr, 20:58

"İqlim dəyişikliyinə dair təsirləri görünən, ölçülə bilən və hiss edilə bilən etmək çox vacib bir addımdır ki, bu istiqamətdə müsbət nəticələri görə bilək. İkinci addım isə bunu məktəb proqramlarımıza daxil etməkdir. Məsələn, iqlim savadlılığını tədris edərkən insanlara fakt ilə rəy arasında fərqi ayırd etməyi, qeyri-müəyyənliklər içində düzgün istiqamət tapmağı aşılaya bilərik. Riyaziyyat tədris edərkən isə eksponensial funksiyaların necə işlədiyini öyrədə bilərik ki, bu da iqlim dəyişikliyini və təkamülü daha yaxşı başa düşməyimizə kömək edir".

Bu fikirləri "Azərbaycan müəllimi" və Təhsil TV-yə açıqlamasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın yaradıcısı Andreas Şleyxer deyib.

O qeyd edib ki, biz ölkələr olaraq elmi öyrədərkən gənclərə "yaşıl mühəndis" və ya "yaşıl sahibkar" olmağın yollarını göstərə bilərik. Bu, gələcəyimizi həm iqlim uyğunlaşması, həm də iqlim dəyişikliklərinə qarşı tədbirlər baxımından dəyişdirəcək. Ən əsası isə müəllimləri bu bacarıqlarla təmin etməkdir ki, onlar tələbələrə, şagirdlərə gələcəyin yaşıl mühəndisləri olmağa kömək edə bilsinlər. İqlim savadlılığını ölçmək çox vacibdir, çünki görə bilmədiyimizi inkişaf etdirə bilmərik.

"Bu ilk addımı atmaq üçün PISA ideal bir fürsət təqdim edir. PISA qlobal təhsil göstəricilərini ölçən beynəlxalq tədqiqatdır.

Artıq onlarla ölkə bu proqrama qoşulub. Buna görə də, düşünürəm ki, PISA yalnız riyaziyyat, elm və oxu üzrə ölçmələrlə məhdudlaşmamalı, iqlim savadlılığını da özündə əks etdirməlidir", - deyə A.Şleyxer açıqlama verib.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin əsaslı təmirdən sonra açılışı olub

15 sentyabr, 15:50

BSU təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.