21 noyabr 2024

Bütün xəbərlər
test
19 noyabr, 12:36
119

XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsinin dekan müavini dosent, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova söyləyib. Qeyd edib ki, XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olurlar. Azərbaycan hökuməti də ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. 

Həmsöhbətimiz bildirir ki, ekoloji problemlərinin həllində təhsil xüsusilə önəmli rol oynayır. Bu gün dünya təbii fəlakətlər, ekoloji böhranla üz-üzədir. Alim və mütəxəssislər iqlim təhsilinin inkişafı ilə bağlı bir sıra mühüm addımların atılmasının zəruri olduğunu bildirirlər. Bu baxımdan ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi təqdirəlayiqdir.
 
“Onu da qeyd edim ki, gənc nəslin tərbiyəsinin mühüm komponentlərindən biri də məhz ekoloji tərbiyədir. Ekoloji tərbiyənin əsasında  ibtidai  siniflərdən  başlayaraq uşaqlara təbiəti sevdirmək, onun gözəlliyini dərk etdirməklə yanaşı, ətraf mühiti – torpağı, suyu, atmosferi, flora və faunanı mühafizə  etmək kimi bir sıra vərdişlərin formalaşdırılması durur. Təlim prosesi zamanı ekoloji təhsil və tərbiyə şagirdləri ekologiyanın müxtəlif sahələri üzrə müvafiq bilik, bacarıqlar əldə etməyə imkan yaratmalıdır. Bununla bağlı müəllimlər tərəfindən şagirdlərə kiçik yaşlarından bəsit formada biliklər verilməli və sonradan bu davamlı şəkildə yeni-yeni məlumatlarla genişləndirilməlidir. Uşaqlara geyimlərinin səliqəli və təmiz olması, dəftər-kitablarından tutmuş ən xırda detallara qədər hər bir nüansın diqqətdə saxlanılmasının vacibliyinə diqqət vermələrinin nə üçün lazım olduğu izah edilməlidir. Onlarda yaşıl bacarıqlar formalaşdırılmalıdır. Məktəblilərə sinif otaqlarında, təhsil ocağının həyətində güllərə, ağaclara, quşlara və heyvanlara qulluq etmək, gələcəkdə təbiətə qeyri-insani münasibət hallarına biganə qalmamaq, bu kimi hallara qarşı mübarizə aparılması izah edilməlidir”. 

Bəsti Əsədova deyir ki, bu gün dünyanın bir çox ölkəsinin istər məktəbəqədər, ümumtəhsil, istərsə də orta və ali təhsil müəssisələrində ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə təhsil sistemində bir sıra yeniliklər edilir. Sivil dünyanın bir parçası olan Azərbaycan da müasir çağırışlara qanunvericilik bazasını yaratmaqla ekoloji mədəniyyətin inkişafına təkan verir.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirildiyini nəzərə alsaq, nəinki məktəblilərin, bütövlükdə cəmiyyətin maarifləndirilməsi ilə əlaqədar görülən tədbirlərin sayının artırılması, cəmiyyətin hər bir üzvünün ekoloji fəaliyyətlərdə daha aktiv iştirakı olduqca vacibdir. Xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər, “dəyirmi masa”ların təşkili, Azərbaycanın bir sıra milli parklarında “açıq dərs”lərin təşkili, yeni metodiki vəsaitlərin hazırlanması, şagirdlərin tullantıların təkrar emalı və utilizasiyası sahəsində biliklərinin artırılması, ekologiya ilə bağlı məktəblilər arasında intellektual yarışların  keçirilməsi önəmli olmaqla ekoloji təhsilin inkişafına öz müsbət təsirini göstərər. 

“Ekoloji təhsil bizə təbiətlə harmoniyada olmağı və ətraf mühitə təsiri azaltmağı öyrədir. Ölkəmizdə iqlim təhsilinin inkişafına nail olmaqla, həmçinin şagirdlərimizdə, tələbələrimizdə ekoloji mədəniyyəti formalaşdıra bilərik. Ekoloji mədəniyyətin formalaşdırılması və təbii mühitə hörmətlə bağlı fəailiyyət isə  bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarıdır. Antuan de Sent-Ekzüperinin deyirdi: “Biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur”. 

Məhz buna görə də, hər birimiz ekoloji cəhətdən təmiz, sağlam dünyamızın olması naminə ekoloji mədəniyyətin formalaşması prosesində fəal iştirak etməliyik.

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/6771977a-e4de-4776-aefa-c39b776a5b24_f5998d23-4bce-4220-a457-e02ca18e94c4.jpg

Xəbər lenti

21 noyabr, 14:06
7

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
9

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
14

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
10
21 noyabr, 12:43
19

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
52

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
12

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
22

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.