Bütün xəbərlər
19 noyabr, 09:39

 Qlobal iqlim dəyişiklikləri və ekoloji problemlər bü gün dünyada ən aktual mövzulardan biridir. COP29-un məhz Azərbaycanda keçirilməsi deyərdim ki,  qlobal iqlim dəyişiklikləri və ekoloji problemlərin həlli istiqamətində ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınmasında əhəmiyyətli rol oynayır.  

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov deyib.

Onun sözlərinə görə, COP29 Azərbaycanın regional və beynəlxalq səviyyədə nüfuzunun daha da artması, iqlim siyasəti sahəsindəki liderliyinin möhkəmlənməsi ilə yanaşı, təhsilin inkişafında da mühüm rol oynayacaqdır. 

“COP29-da ekoloji təhsil-tərbiyə və ekoloji mədəniyyətin formalaşdırılması önə çəkilir ki, bu da təhsilalanlarda ekoloji şüurun formalaşdırılmasını, məsuliyyət hissinin artırılmasını, davamlı inkişafı təmin edə biləcək ekoloji biliklərin, məlumatların verilməsini nəzərdə tutur. Bunların reallaşdırılması şagird və tələbələrdə ətraf mühitin qorunması, təbii resurslardan səmərəli və düzgün şəkildə  istifadə edilməsi, iqlim dəyişikliklərini yaradan amillərə qarşı mübarizə aparılması üçün zəruri bilik və eyni zamanda bacarıqların artırılmasını tələb edir”. 

COP29-un Azərbaycan təhsilində nə kimi rolu olacaq? sualına cavab olaraq professor bildirir ki, konfransda qlobal ekoloji problemlərin müzakirəsi iqlim dəyişikliyi və davamlı inkişafla bağlı yeni mövzuların tədris proqramlarına daxil edilməsinə səbəb olacaq. Bu da təbii ki, Azərbaycanın təhsil sistemində innovativ və müasir yanaşmaların tətbiqinə, tədris materiallarının yenilənməsinə, qlobal çağırışlara, davamlı inkişafa, ekoloji bilik və bacarıqların öyrədilməsinə yönələn təhsil proqramlarının yaranmasına səbəb olacaqdır. 

Fərrux Rüstəmov onu da əlavə edib ki, belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar  açacaq, habelə iqlim dəyişikliyi və ekoloji təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə xarici universitet və təşkilatlarla əməkdaşlığın genişlənməsinə, tələbələr üçün yeni mübadilə proqramlarının yaranmasına, tədqiqatçıların ortaq layihələrə qoşulmasına, innovativ tədris metodlarının təhsil müəssisələrimizdə daha geniş tətbiqinə şərait  yaradacaq.

“Noyabrın 18-də COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” mövzusunda keçirilən yüksək səviyyəli birgə iclasda, həmçinin bir sıra mövzularda təşkil olunan panel və tədbirlərdə həlli vacib məsələlərin ətraflı müzakirə edildiyinin şahidi olduq. İqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu bir daha gündəmə gəldi. Ən önəmli məsələlərdən biri də tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsinin təklif etməsidir ki, bu təşəbbüs də  ölkəmizin qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib.  

Hesab edirəm ki, COP29 bütövlükdə  şagird və tələbələrin ekoloji təfəkkürünü inkişaf etdirilməsi ilə yanaşı, təhsilverənlərin bu sahə üzrə hazırlanmasına, iqlim dayanıqlı təhsil sistemlərinin qurulmasına öz töhfəsini verəcək”.  

Xəbər lenti

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

28 yanvar, 12:55

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.