Bütün xəbərlər
28 yanvar, 21:34

Məktəblilərin qış tətili davam edir. Valideynlər maraqlı, əyləncəli tətil planları qurur,  ancaq bəzən bu planlarda uşaqların deyil, öz arzuları önə çıxır. Maraqlıdır, məktəblilərin tətili necə təşkil edilməlidir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun baş məsləhətçisi Heyran Səfərova “Azərbaycan müəllimi”nə müsahibəsində hər mühitə uyğun tətil planlarından danışıb.

- Uşaqların tətil planı necə hazırlanmalıdır?

- Tətil uşaqların psixoloji, mental  olaraq dincəlmə müddətidir və təbii ki, bu müddətdə ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlərin tətil günlərinə psixoloji hazır olması ən vacib şərtlərdən biridir. Onlar övladlarının istirahət günlərini keyfiyyətli, daha maraqlı, əyləncəli etməyə çalışmalıdırlar.  Məsələn, açıq havada gəzmək, idman etmək, müxtəlif gəzintilərə getmək uşaqlar üçün maraqlı tətil planıdır. 

Valideynləri ilə birgə film izləmək və ya teatra, muzeylərə getmək, tarixi abidələri ziyarət etmək onlar üçün həm əyləncəli, həm də öyrədici olacaq. Bu cür aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır, qan dövranını yaxşılaşdırır, fiziki və psixoloji sağlamlığına müsbət təsir göstərir, dünyagörüşünü artırır, yaradıcılıq qabiliyyətini, bilik və bacarıqlarını inkişaf etdirir.  Bu, tətildən sonra şagirdlərin özlərini daha yaxşı hiss etməsinə, enerjili olmasına, dərsi daha yaxşı qavramasına kömək edir. 

Tətil planı hazırlayarkən diqqət etmək lazımdır ki, uşaqlar bu müddəti səmərəli və keyfiyyətli keçirsinlər. Nəzərə alınmalıdır ki, tətil uşaqların məktəbə qayıtdıqdan sonra oxuyub anlama, dinləyib anlama proseslərinin, həmçinin bir çox fənlər üzrə bilik və bacarıqlarının inkişafına şərait yaradır. Ona görə də tətil günlərində uşaqlar gündəlik fəaliyyətlərindən uzaqlaşmalıdırlar ki, psixoloji olaraq dincələ bilsinlər. 

- Müəllimlər tətil günlərində etmək üçün ev tapşırığı verir,  hansısa kitabları oxumağı, dərsliklərdəki mövzuları təkrarlamağı tapşırırlar. Onların bunun əvəzinə şagirdlərlə birgə istirahət planı tərtib etməsi daha yaxşı olmazdımı?

- Təbii ki, bu istiqamətdə məktəbin, müəllimlərin də üzərinə məsuliyyət düşür. Müəllimlər şagirdləri ilə tətil günlərində maraqlı ekskursiyalara, tamaşalara gedə, maarifləndirici filmlər izləyə, muzeyləri ziyarət edə bilərlər.  Bu müddəti onlar həm özləri, həm də şagirdləri üçün maraqlı,  əyləncəli və öyrədici təşkil edə bilərlər. Belə  məktəbdənkənar fəaliyyətlər, psixoprofilaktik işlər təhsilalanların maariflənməsinə, dünyagörüşünün formalaşmasına, onların təlim və tərbiyə prosesinə müsbət təsir göstərir, ən vacibi isə sağlam müəllim-şagird münasibətinin möhkəmlənməsi  üçün böyük bir fürsətdir.  

- Biz daha çox şəhər mühitində reallaşdıra biləcəyimiz tətil planları qurduq. Kənd həyatında reallaşdırılacaq nələr var? Məsələn, qohum ziyarətləri, qonaqlıqlar, toylar uşaqların tətillərini zənginləşdirən amillərdən sayılırmı, yoxsa bunlar bir çoxlarının düşündüyü kimi,  uşağın “tərbiyə”sini pozar? 

- Əlbəttə, ziyarətlər, qonaqlıqlar tətil planı olaraq düşünülə bilər. Xüsusən həmin ailələrdə uşaqların yaşıdları da varsa. Onlar həmyaşları ilə oynamağı daha çox sevirlər. Ona görə də plan  qurarkən bunu nəzərə almaq, onların yaşıdları ilə birlikdə maraqlı və əyləncəli zaman keçirmələrinə şərait yaratmaq lazımdır. 

Toylara, ziyafətlərə gəlincə, belə tədbirlərdə iştirak da mənəvi dəyərlərin möhkəmlənməsində rol oynayır. Kəndlərdə nuklear ailələrdən daha çox uşaqların nənə və baba ilə birlikdə yaşadığı ailələr olur.  Belə ailələrdə uşaqların oyun prosesinə valideynlərlə yanaşı, nənə və babalar da daxil olarsa, yaşlı nəslin təcrübəsi və gənc valideynlərin dinamikası vəhdət təşkil edəcək, daha yaxşı nəticə əldə ediləcək. Ümumiyyətlə, valideynlərin, nənə və babaların uşaqlarla öyrədici oyunlar oynaması onların asudə vaxtlarını effektiv, unudulmaz edir. 

- Qaydalı oyunların mahiyyəti nədən ibarətdir? 
- Qaydalı oyunlar uşaqların mental, həmçinin davranışının inkişafında çox mühüm şərtdir. Çünki belə oyunlar zamanı uşaqlar  böyüklərə hörməti, kiçiklərə kömək etməyi öyrənir, onların paylaşmaq, əməkdaşlıq etmək kimi bacarıqları formalaşır, yaşıdları ilə sağlam psixoloji münasibət qurmağı öyrənir. Ən vacibi isə bu cür oyunlar valideynlərin öz övladlarını daha yaxından tanımalarına şərait yaradır.  

- Çox maraqlı, əyləncəli qış tətilindən sonra məktəbə adaptasiya problemi yaranır. Tətildən tədrisə keçidin asan yolu varmı?

- Tətildən sonra adaptasiya problemi hər zaman yaşanır. Müəllimlər uşaqların tətil günləri ilə bağlı tapşırıqlar verə, tətildən sonrakı ilk həftə oyun əsaslı dərslər təşkil edə bilərlər. Maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs günlərində öyrənmə prosesinə daha tez adaptasiya olur və müsbət nəticələr əldə edirlər.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.