
Bu gündən etibarən Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 11 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri əyani şəkildə müsahibədə iştirak ediblər.
Qeyd edək ki, müsahibə mərhələsi həm əyani, həm də onlayn formatda mərhələli şəkildə həyata keçirilir. Müsahibənin video qeydiyyatı aparılır. Müsahibə mərhələsində yüksək nəticə göstərən və qeyd olunan meyarlara uyğun gələn müəllimlər növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.
1 /11
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər