Bütün xəbərlər
11 mart, 17:25

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı iştirakçılarının doktorantura səviyyəsi üzrə seçiminə dair meyarlar müəyyənləşib.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Nazirlər Kabinetinin verdiyi qərarla bağlı “Azərbaycan müəllimi”nə açıqlama verərək deyib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-ci illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat, 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edib. NK-nın bu qərarı ilə Dövlət Proqramı çərçivəsində doktorantura təhsili almaq istəyənlər üçün seçim meyarları təsdiqlənib: “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2025-2026-cı tədris ilindən etibarən bakalavriat, magistratura və doktorantura səviyyələrinə tələbə qəbulunu həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar Dövlət Proqramına aid olan normativ sənədlərdə dəyişiklik edilib. Nəticə etibarilə doktoranturaya qəbul və maliyyələşmə qaydaları təsdiqlənib”.    

T.Topalova dəyişikliklərin mahiyyətini də açıqlayıb: “2022-2028-ci illərə aid olan qaydalar 2022-2026-cı illərə aid olan qaydalarla uyğunlaşdırılıb. Bundan başqa, kiçik dəyişiklik var. Belə ki, doktorantura təhsili üçün tələb edilən sənədlərin siyahısında kiçik dəyişiklik edilib və sənəd sayı azaldılıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda 2000 sözdən ibarət tədqiqat işi istənilirdi. Lakin bu, sonradan əhəmiyyətsiz hesab edildiyindən tələblər siyahısından çıxarılıb”.

Turan Topalova doktorantura təhsil səviyyəsi üzrə indiyədək olan nəticələrə də toxunub: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 284 nəfər təhsil almaq hüququ əldə edib. Onların 7-si məzun olub və ölkənin ali təhsil müəssisələrində dərs keçir”.

Şərhlər

Xəbər lenti

22 may, 12:05

LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib

22 may, 12:00

ADPU-da innovativ təhsil yanaşmaları barədə infosessiya keçirilib

22 may, 11:54

Əziz Sancara Əli Şir Nəvai Beynəlxalq Mükafatı təqdim edilib

22 may, 11:48

Elm və təhsil naziri bir sıra beynəlxalq təşkilatlarla görüşüb

22 may, 11:45

MDU-da kibertəhlükəsizlik mövzusunda görüş keçirilib

22 may, 11:40

SDU-da probasiya sahəsində görüş keçirilib

22 may, 11:36

20 nömrəli məktəb-liseydə bullinqə qarşı mübarizə mövzusunda tədbir keçirilib

22 may, 11:33

“Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan keçirilir

22 may, 11:25

AzTU tələbəsi İtaliyada beynəlxalq tədbirdə iştirak edib

22 may, 11:06

“Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlandı

22 may, 10:39

BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib

22 may, 10:32

AzTU-da CTF yarışı keçirilib

22 may, 10:30

ADPU-da “STEAM Hesabat sərgisi” keçirilib

22 may, 09:57

Nazir müavini: Sevindirici haldır ki, tələbələr arasında futbola maraq artır

22 may, 09:56

ADNSU Malatya Turgut Özal Universiteti ilə əməkdaşlıq edəcək

22 may, 09:47

Bu gündən MİQ imtahanlarına qeydiyyat başlayır

22 may, 09:42

Azərbaycan dili imtahanının II cəhdinə qeydiyyat başlayır

22 may, 09:06

Müəllimlər üçün beynəlxalq sertifikasiya təlimləri başlayıb

21 may, 19:53

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb

21 may, 18:22

Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.