
Martın 11-də Abşeron-Xızı Regional Təhsil İdarəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görüşün əhəmiyyətinə diqqət çəkərək qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsil işçilərini maraqlandıran sualların cavablandırılacağını qeyd edib.
Baş Prokurorluğun Elm və Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin əhəmiyyətini vurğulayıb. O, bu sahədə görülən profilaktik tədbirlər barədə də söz açıb.
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov çıxış edərək "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirlərinin prioritet istiqamət kimi götürüldüyünü, əsas məqsədin təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşmasından ibarət olduğunu deyib.
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini, Məlumat təhlil sektorunun müdiri Xəqani Qurbanov bildirib ki, fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri, rəqəmsallaşma korrupsiya riskinin minimuma enməsinə töhfə verir.
Tədbir korrupsiyaya qarşı mübarizəyə dair təlim və qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər