Bütün xəbərlər
11 mart, 19:00

Finlandiyada aparılan bir araşdırma göstərir ki, uşaqların ekran vaxtının məhdudlaşdırılması və uşaqlıqdan fiziki fəaliyyətin təşviqi yeniyetməlik dövründə onların psixi sağlamlığının qorunmasına kömək edə bilər. Psixi sağlamlıq problemlərinin gənclərin təxminən 30 faizinə təsir etdiyini və sosial problem yaratdığını nəzərə alsaq, bu araşdırmanın nəticəsi xüsusilə əhəmiyyətlidir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Finlandiyanın Yuvaskyulya Universitetinin İdman və sağlamlıq elmləri fakültəsi və Şərqi Finlandiya Universitetinin Biotibb İnstitutu tərəfindən 8 il ərzində 187 yeniyetmə üzərində araşdırma aparılıb.

Tədqiqatçılar araşdırma zamanı müəyyən ediblər ki, ekran qarşısında, xüsusilə mobil cihazlarda daha çox vaxt keçirən uşaqlar yeniyetməlik dövründə daha yüksək stres və depressiv simptomlarla qarşılaşırlar. Əksinə, daha çox fəallıq göstərən və idmanla məşğul olan uşaqlarda daha az stres və depressiya əlamətləri müşahidə olunub.

Bununla belə, fiziki fəaliyyətlə depressiv simptomlar arasındakı əlaqənin ekran vaxtı və depressiya əlamətləri ilə müqayisədə daha zəif olduğu müşahidə olunub. Həm ekran arxasında çox vaxt keçirən, həm də zəif fiziki aktivliyi olan yeniyetmələr yüksək stres və depressiya əlamətlərinə sahibdirlər.

Araşdırmanın həmmüəllifi Eero Haapala bildirir ki, azyaşlıların ekran qarşısında keçirdikləri vaxt gündə iki saatla məhdudlaşdırılmalıdır: "Hətta mən hesab edirəm ki, bu müddət də çoxdur, çünki bu, ildə demək olar ki, bir aya bərabər olur".

Bu tədqiqata görə, uşaqlara erkən yaşlarında sağlam həyat tərzi vərdişlərinin təşviq edilməsinin vacibliyi bir daha vurğulanıb. Uşaqları fiziki fəaliyyətlə məşğul olmağa həvəsləndirmək və ekran qarşısında keçirdikləri vaxtı məhdudlaşdırmaqla onların gələcəkdə yaşaya biləcəkləri psixi problemlərin qarşısını almaq olar. 

Araşdırmanın müəllifləri qeyd edirlər ki, ailələr, bütövlükdə cəmiyyət balanslaşdırılmış ekran müddəti, kifayət qədər fiziki fəallıq, yuxu və qida rejiminə riayət edilməsi üçün səy göstərməlidirlər.

Mənbə: https://www.jyu.fi/en/news/limiting-screen-time-protects-childrens-mental-health

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.