Bütün xəbərlər
11 mart, 16:36

Yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə İşçi qrupunun Bakı Dövlət Universitetində (BDU) iclası keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU-nun rektoru Elçin Babayev və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevin həmsədrliyi ilə keçirilən iclasda İşçi qrupun üzvləri iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırda ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində islahatlar aparılır. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmri ilə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə Komissiya yaradılıb.

Təbiət ixtisasları qrupunun hər bir ixtisası üzrə alt işçi qrupların tərkibinə ölkənin müxtəlif ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutları, eləcə də dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislər daxil edilib və müvafiq ixtisas üzrə üzvlərdən bir nəfər seçilərək, alt işçi qrupa sədr təyin olunub. Hazırda alt işçi qruplar tərəfindən əmək bazarının tələbləri, dünyanın tanınmış univesitetlərinin bu sahədə təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı tərtib olunur.

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, texnika elmləri doktoru, professor, akademik Rasim Əliquliyev bu gün dünyada gedən qlobal transformasiyaların fonunda Azərbaycanda kadr potensialının artırılması və yeniliklərin tətbiqinə zərurət yarandığını deyib. Qeyd edib ki, rəqəmsal texnologiyaların müxtəlif sahələrə nüfuz etməsi məsələlərə münasibətlərin dəyişməsinə gətirib çıxarıb. Təbiət ixtisasları qrupu üzrə İşçi qrupun iclasının BDU-da keçirilməsi də təsadüfi deyil. BDU təbiət elmlərinin əsasının qoyulduğu ali təhsil müəssisəsidir. Qarşıda duran vəzifə təbiət elmləri üzrə ixtisaslara yenidən baxılması və günümüzə uyğunlaşdırılmasıdır: “Biz həm də inkişaf etmiş ölkələr və onların aparıcı universitetlərinin təcrübələrindən istifadə etməli və müqayisələr apararaq, ortaq nöqtəni tapmalıyıq. İnanıram ki, İşçi qrup və onun təşkil etdiyi alt qruplar bu işi uğurla icra edəcəklər”.

Qeyd edək ki, elm və təhsil nazirinin 2025-ci il 24 fevral tarixli 3-29/3-2-83F/2025 nömrəli əmri ilə təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə yaradılan Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrup yaradılıb.

İclas müzakirə formatında davam etdirilib.

1 /4

Şərhlər

Xəbər lenti

12 mart, 10:39

Biləsuvarda 40 il öncə hansı təhsil yeniliyi olmuşdu? - Araşdırma

12 mart, 10:28

Uşaq müəssisələrinin xidmətlərinin keyfiyyət tələbləri təsdiqlənib

12 mart, 10:17

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.