Bütün xəbərlər
11 mart, 15:00

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsilin magistratura səviyyəsi üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə ixtisas kafedralarının və professor-müəllim heyətinin nümayəndələri ilə geniş tərkibli görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi"nə bildirilib ki, iclasda çıxış edən Universitetin rektoru Zəfər Qurbanov Elm və Təhsil Nazirliyində həyata keçirilmiş genişmiqyaslı müzakirələrin nəticələri barədə ətraflı məlumat verərək, yeni təhsil proqramlarının hazırlanmasında bu müzakirələrin əhəmiyyətini vurğulayıb. O, təhsil sistemində innovativ yanaşmaların tətbiqinin vacibliyini və proqramların daha əmək bazarına və beynəlxalq standartlara uyğun olmasının zəruriliyini qeyd edib.

Tədris şöbəsinin müdiri, dosent Elay Zeynallı yeni təhsil proqramlarının kompetensiya əsaslı və tələbəyönümlü şəkildə hazırlanması məqsədilə qarşıda duran məsələlərə diqqət çəkib.

İclasda professorlar Nizami Seyidəliyev, Qənbər Abdullayev, Həsənəli Aslanov, əməkdar müəllim Hüseyn İdrisov, dosentlər Zahir Ələsgərov və Vüqar Bəşirov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Hər bir iştirakçı təhsil proqramlarının inkişafı və təkmilləşdirilməsi üçün müxtəlif yanaşmalar, təkliflər və təcrübələrini bölüşüb, bu cür təşəbbüslərin təhsil sahəsindəki yenilikləri və təkmilləşmələri sürətləndirəcəyinə inandıqlarını ifadə ediblər.

1 /5

Şərhlər

Xəbər lenti

22 iyul, 09:51

SABAH qruplarına qeydiyyat başladı

22 iyul, 09:47

Komandamız Avropa Universitetləri Futzal Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb

22 iyul, 09:17

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib

22 iyul, 08:45

“Əkinçi” işığından nur alan pedaqoji mətbuatımız

21 iyul, 20:04

Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 16:11

Aşpazlığa gedən yol videoçarxdan başladı – Peşə təhsili Orxanın həyatını necə dəyişdi?

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:30

Mədəni soyqırımının sənədləşdirilməsi: Qərbi Azərbaycan irsinə tarixi baxış

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.