
Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Anar Eminovun imzaladığı müvafiq əmrə əsasən, 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavr və 5 magistr birdəfəlik 500 manat məbləğində “Rektorun fəxri təqaüdü”nü alacaqlar.
Təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas meyar kimi götürülüb.
Yeni təqaüd proqramı universitetdə tələbəyönümlü idarəetmə prinsiplərinin tətbiqinə və təhsilalanların motivasiyasının artırılmasına yönəlib.
Qeyd edək ki, “Rektorun fəxri təqaüdü” universitetdə ilk dəfə tətbiq olunur. Bu bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər