Bütün xəbərlər
21 iyul, 20:04

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 3,4, 8-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Qeyd edilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Texnologiya və təsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki və məzmun baxımından problemlər aşkar olunub.  Belə ki, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtində uyğunsuzluq qeydə alınmışdır. Bundan əlavə, texnologiya fənni üzrə rus bölməsində bir sualın cavabında iki düzgün cavab olduğu müəyyən edilmişdir.

Təsviri incəsənət fənni üzrə isə hər iki bölmə üzrə 1 sualın cavab variantlarında uyğunsuzluq aşkar olunub.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlərə əsasən, sözügedən test tapşırıqlarının nəticələri yenidən hesablanıb. Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.

Şərhlər

Xəbər lenti

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 16:11

Aşpazlığa gedən yol videoçarxdan başladı – Peşə təhsili Orxanın həyatını necə dəyişdi?

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:30

Mədəni soyqırımının sənədləşdirilməsi: Qərbi Azərbaycan irsinə tarixi baxış

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

21 iyul, 11:45

Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub

21 iyul, 11:41

Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq

21 iyul, 11:34

Qadınların peşə təhsilinə marağı artıb

21 iyul, 11:32

Dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.