Bütün xəbərlər
28 yanvar, 20:11

28 yanvar 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu (TİF) və “Referans Medical Group” arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Bu barədə TİF məlumat yayıb. Bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Referans Medical Group”un direktoru Elgiz Dadaşov imzalayıblar.

İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Elnur Nəsibov vurğulayıb ki, “TələbəPlus” layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Sədr bu təşəbbüsün tələbələrin sağlamlıqla bağlı ehtiyaclarını qarşılamaq üçün yeni imkanlar yaratdığını və onların həyat keyfiyyətinin artırılmasına dəstək olduğunu bildirib. Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində tələbələr təkcə təhsil deyil, həm də sağlamlıq baxımından mühüm imkanlar əldə edirlər.

“Referans Medical Group”un direktoru Elgiz Dadaşov şirkətin tələbələrin rifahına töhfə vermək üçün daim yeni təşəbbüslər həyata keçirdiyini diqqətə çatdırıb. Tələbələrin sağlamlığının həmişə prioritet olduğunu bildirən direktor, Təhsilin İnkişafı Fonduna təşəkkürünü edib və bu əməkdaşlıq vasitəsilə tələbələrin “Referans Medical Group”un təqdim etdiyi güzəşt və fürsətlərdən yararlana biləcəklərini vurğulayıb.

İmzalanmış müqaviləyə əsasən tələbələr “TələləPlus” kartı ilə “Referans Medical Group”un ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edə biləcəklər. Eyni zamanda tələbələr Bakıda yerləşən bütün filiallarda ildə bir dəfə olmaqla ödənişsiz çek-ap müayinəsindən yararlanmaq imkanı əldə edirlər.

Çek-ap-a aşağıdakı xidmətlər daxildir:

* Terapevt müayinəsi

* Görmənin yoxlanması

* Boy, çəki, bədən kütlə indeksi monitorinqi

* Ağciyərlərin rentgen müayinəsi

* Qarın boşluğu USM

* Qanın ümumi analizi

Qeyd: Çek-ap müayinəsi ilə bağlı öncədən qeydiyyat mütləqdir və çağrı mərkəzi ilə *0033 nömrəsi vasitəsilə əlaqə saxlanılmalıdır.

1 /3

Xəbər lenti

29 yanvar, 17:52

“Hədəfdə STEAM – 7”: təhsildə yeniliklər və texnologiyanın zəfəri

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.