Bütün xəbərlər
29 yanvar, 17:52

Yanvarın 27-də Hədəf STEAM Liseyində Beynəlxalq “Hədəfdə STEAM – 7” təlim-treninqi keçirilib. Hədəf STEAM Liseyi və “Robotzade” Türkiyənin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi və Hədəf Global tərəfdaşlığı və eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı ilə “Hədəfdə STEAM – 7” beynəlxalq interaktiv təlim-treninqi baş tutub.

Liseydən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək üçün təşkil olunan tədbirdə həm Azərbaycan, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Moderator Nərmin Səlimova təlim-treninqin əsas vəzifələri, qarşısına qoyduğu məqsədlər haqqında məlumat verəndən sonra Hədəf Şirkətlər Qrupunun baş direktoru və Hədəfdə STEAM layihəsinin rəhbəri Şəmil Sadiq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, “Educo group”un ortaq icraçı direktoru Kadir Özer, Qazaxıstan və Qırğızıstan nümayəndələri olan Nurbolat Nyşanbayev və Akınbek Ergeşov çıxış edib, “Hədəfdə STEAM – 7” layihəsinin əhəmiyyətindən danışıb, dünyadakı müasir çağırışlardan söz açıblar.

Təhsil sahəsində STEAM metodunun müasir dövrün tələblərinə uyğun tətbiqi və XXI əsrin bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan bu tədbirdə yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri təqdim olunub.

STEAM metodu, bu metodun Azərbaycan, eləcə də Türkiyədə, Qırğızıstanda, Qazaxıstandan tətbiqi, perspektivləri, faydaları, təhsildə süni intellekt və müasir texnologiyaların tədris prosesinə təsiri, teleportasiya maşını, elmin, texnologiyanın sərhədlərini genişləndirən yeni yanaşmalar, təhsil blokları təqdim edilib. Sözügedən təlimlər 5 əsas bloka bölünüb: Junior, ICT, Nature, humanitar və xarici dillər. Tədbirdə Hədəf Liseyinin 61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edilib. Həmçinin adı çəkilən xarici ölkələrən ümumilikdə 50 nəfər təhsil işçisi iştirak edib.

Təlim-treninqdə süni intellektin təhsildə inqilabi rolu, tətbiqi, STEAM metodunun tədris proqramlarına effektiv inteqrasiyası, bu layihələrin real faydaları, uğurlu tətbiq nümunələri, elm və texnologiyada gələcək trendlər öyrədilib. Müəllim və şagirdlərin hazırladıqları 3D modellər, resurslar və ekoloji mövzulara dair kompozisiyalar təqdim edilib.

“STEAM Azərbaycan” öz layihələrini təqdim edərək sahibkarlıq və texnologiya mövzularında dəyərli məlumatlar verib.

STEAM konseptinə ART əlavə etməklə milli adət-ənənələrimizi və qədim sənət nümunələrini qorumaq təşviq olunub.

Şəkinin şəbəkə ustası Tofiq Rəsulov da tədbirdə iştirak edib. Onun tarix dərsində fənn müəllimi ilə birgə iştirakı təmin olunub. Tədbir zamanı şagirdlərin asudə vaxtlarında kitab oxumaq, şahmat oynamaq və ox atmaq kimi fəaliyyətlərinə qoşulmaq imkanı yaradılıb.

Tədbirin əsas məruzəçiləri və mövzuları aşağıdakılardır:

– ADPU STEAM Mərkəzinin rəhbəri, dosent Arzu Daşdəmirov – “STEAM metodunun orta məktəb kurikulumlarına inteqrasiyası”;

– ASAN xidmətin sədr müavini, rəqəmsal və innovasiyalar üzrə ekspert Ceyhun Salmanov – “Təhsildə süni zəka”;

– Oş Dövlət Universitetinin dekanı, professor Çinarə Kulueva – “Qırğızıstanda STEM təhsilinin əsas çağırışları və perspektivləri”;

– Türkiyə Robotzadə şirkətnin mütəxəssisi STEM və innovasiya mentoru Ahmed Bahadır Özdemir – “Teleportasiya maşını necə hazırlanır?”;

– Qazaxıstanın Merkan rayonu Jambıl vilayətinin “Şabıt” Məhdud Məsuliyyətli Tərəfdaşlıq məktəbinin direktoru Nurgül Tolenovna Şulakova

– “Özəl məktəblərdə STEM dərslərinin keçirilməsinin xüsusiyyətləri”;–

 “SERCE Akademi” Rəqəmsal Təhsil Platformasının qurucusu Mert Doğan – “STEM çalışmaları və faydaları”.

İki günlük Təlim-treninqin əsas məqsədi təhsil sahəsində yeni yanaşmalarla müəllimlərin bilik və bacarıqlarını artırmaq, elm və texnologiya sahəsindəki yeniliklərdən ilham almaqdır.

Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

1 /7

Xəbər lenti

30 yanvar, 21:28

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

30 yanvar, 21:25

Bakıda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq

30 yanvar, 18:15

Nazirlik: Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə edilir

30 yanvar, 17:40

Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 yanvar, 17:24

“Yenidən təhsil alsam, seçimim yenə də SABAH olardı” – Tələbələrlə söhbət 

30 yanvar, 17:14

XXI əsrin təhsili və müasir dünya tələbləri 

30 yanvar, 16:55

Təhsil françayzinqi nədir?

30 yanvar, 16:45

Ənənəvi təhsil metodları və müasir yanaşmalar

30 yanvar, 16:39

Əlilliyi olan tələbələrin universitetə hazırlığının artırılması yolları

30 yanvar, 16:20

Ev tapşırığını kim etsin: şagird, yoxsa süni intellekt?

30 yanvar, 15:52

Olimpiadada sualları səhvsiz yazacağıma inanırdım - Region birincisi 

30 yanvar, 15:50

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30 yanvar, 15:40

Çankaya Universitetinin prorektoru ADPU-da olub

30 yanvar, 15:35

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

30 yanvar, 14:40

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30 yanvar, 14:27

Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

30 yanvar, 14:02

Naxçıvanda kimya dərsi: “Firon ilanı”, “Nilin qana bulanması”… – MÜSAHİBƏ

30 yanvar, 13:20

Latviyada şagirdlərin şəxsi əşyaları yoxlanılacaq

30 yanvar, 13:10

Universal dizaynın inteqrasiyası ilə inklüziv siniflərin yaradılması

30 yanvar, 13:00

Samux məktəbində xüsusi imtahan sistemi qurulub – REPORTAJ

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.