Bütün xəbərlər
30 yanvar, 14:02

Öz peşəsini sevərək icra edən müəllimlər şagirdləri üçün də ilham mənbəyinə çevrilir. Bu müəllimlər yalnız dərs keçməklə kifayətlənmir, həm də şagirdlərin fərdi inkişafını izləyir, onların həvəs və motivasiyasını artırmağa çalışırlar.

"Azərbaycan müəllimi"nin budəfəki müsahibi maraqlı təcrübələr aparmaqla şagirdlərinin sevimli müəlliminə çevrilən Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin kimya müəllimi Gündüz Məmmədovdur.

Gündüz Məmmədov orta təhsilini Kəngərli rayon Yurdçu kənd tam orta məktəbində, tam orta təhsilini isə Bakı şəhər 5 nömrəli kimya-biologiya təmayüllü liseydə alıb. Naxçıvan Dövlət Universitetinin "Kimya müəllimliyi" ixtisasını bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə Qıvraq qəsəbə tam orta məktəbində kimya müəllimi kimi başlayıb. Daha sonra Heydər Əliyev adına hərbi lisey və Qarnizon tam orta məktəbində fəaliyyətini davam etdirib. Hazırda Kəngərli rayonu Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində çalışır. 

– Şagirdlərinizin kimyaya marağı hansı səviyyədədir? Onların bu fənnə marağını artırmaq üçün hansı metodlardan istifadə edirsiniz?

– Kimya fənnini əsasən təcrübələr aparmaqla tədris edirəm. Mövzu haqqında situativ hekayələr danışıram. Bu da şagirdlərin marağına səbəb olur. “Firon ilanı”, “Nil çayının qana bulanması”, “Od olmayan yerdən tüstü çıxması”, "Kəsilən əlin sağaldılması" kimi bir neçə təcrübəni əyani şəkildə göstərərək və mahiyyətini izah edərək onların kimya fənninə marağını artırır, dərsə olan münasibətlərini müsbət yöndə dəyişə bilirəm.

– Valideynlərin tədris metodunuza münasibətləri necədir? Onlarla işinizi necə qurursunuz?

– Valideynlərin yanaşma tərzini başa düşməyə çalışıram. Şagirdlərə zərər gəlməyəcəyindən əmin olduqdan sonra təcrübələri apardığımı izah edirəm.
Müəllim-şagird-valideyn üçbucağını düzgün quraraq təhsildə nailiyyətlər əldə edirik. Valideynlərin dərs prosesində yaxından iştirak etmək istəməsi mənim üçün sevindirici haldır.

– Bəzən gənc müəlimlər şagirdləri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Onlara hansı tövsiyələri vermək istəyirsiniz?

– Şagirdlərin öyrənmə tərzi müxtəlif olduğu üçün gənc müəllimlərin bunu nəzərə alaraq dərsi tədris etməyinin əhəmiyyətli olduğunu düşünürəm. Diaqnostik qiymətləndirmə və sorğular keçirməklə onların maraqlarını öyrənə və dərs prosesini buna uyğun şəkildə qura bilərlər. Fikrimcə, mükəmməl müəllim olmaq üçün fənni sevdirmək, siniflə bütünləşə bilmək, şagirdləri anlamaq və onlarla düzgün əks-əlaqə qurmaq lazımdır. Əgər müəllim özünü şagirdə sevdirməyi bacarırsa, onun dərsi tədris etməyi qat-qat asanlaşır. 

– Kimya sahəsində sizi ən çox maraqlandıran müasir tədqiqatlar hansılardır?

– Maddələrin insan orqanizminə təsiri, xərçəng xəstəliyinin elektrik axımı və mexaniki təsirlə yayılmasını araşdırmaq, işğaldan azad olmuş ərazilərimizdə olan zəngin bitki çeşidlərinin öyrənilməsi və dərmanların hazırlanmasında istifadəsi fikrimcə çox vacib məsələdir. Azərbaycan gənclərinin dünyada kimya sahəsində araşdırmalar aparmaqla öz gücünü göstərmələri ən böyük arzumdur. 

– Bəzi laboratoriya avadanlıqlarının olmaması səbəbindən tədrisdə yaranan çətinliyi hansı metodlarla aradan qaldırırsınız?

– Təcrübə apararaq əyani şəkildə göstərə bilmədiyim mövzuları internetdəki resurslardan istifadə edərək şagirdlərə çatdırmağa çalışıram. Müxtəlif videoçarxlar hazırlayaraq dərsin gedişini maraqlı şəkildə qurmağa çalışıram. Hətta apardığımız təcrübələr qonşu məktəblərin şagirdlərinin belə diqqətini çəkib.

Fatimə Rəhimli
Naxçıvan

Xəbər lenti

30 yanvar, 22:34

Bakı və ətraf ərazilərdəki təhsil müəssisələrində iş qrafiki dəyişəcək

30 yanvar, 21:28

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

30 yanvar, 21:25

Bakıda məktəb avtobuslarından istifadəyə başlanılacaq

30 yanvar, 18:15

Nazirlik: Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə edilir

30 yanvar, 17:40

Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 yanvar, 17:24

“Yenidən təhsil alsam, seçimim yenə də SABAH olardı” – Tələbələrlə söhbət 

30 yanvar, 17:14

XXI əsrin təhsili və müasir dünya tələbləri 

30 yanvar, 16:55

Təhsil françayzinqi nədir?

30 yanvar, 16:45

Ənənəvi təhsil metodları və müasir yanaşmalar

30 yanvar, 16:39

Əlilliyi olan tələbələrin universitetə hazırlığının artırılması yolları

30 yanvar, 16:20

Ev tapşırığını kim etsin: şagird, yoxsa süni intellekt?

30 yanvar, 15:52

Olimpiadada sualları səhvsiz yazacağıma inanırdım - Region birincisi 

30 yanvar, 15:50

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30 yanvar, 15:40

Çankaya Universitetinin prorektoru ADPU-da olub

30 yanvar, 15:35

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

30 yanvar, 14:40

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30 yanvar, 14:27

Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

30 yanvar, 13:20

Latviyada şagirdlərin şəxsi əşyaları yoxlanılacaq

30 yanvar, 13:10

Universal dizaynın inteqrasiyası ilə inklüziv siniflərin yaradılması

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.